Məhkəmə qərarları › İş №2(036)-1695/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1695/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1695/2021 11.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X21 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 və anası X4 miras qalmış İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 09 saylı ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini vərəsə kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 09 saylı evdə qeydiyyatdadır və həmin evdə yaşayır. X3 10 fevral 2008-ci ildə, anası X9 07 yanvar 2005-ci ildə vəfat etmişdir. Valideyinlərindən miras qalmış evdə əvvəl onlarla birlikdə, onlar vəfat etdikdən sonra isə o, tək yaşayır. X1 ailə həyatı qurmuş və başqa evdə yaşayır. Evin rəsmi çıxarışı yoxdur. Lakin evin yerləşdiyi həyətyanı 0,07 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1156A, 90701004 saylı şəhadətnamə ilə atası və anası habelə X1nı adlarına yazılmışdır. O, xəstə olduğu üçün bacısı onun adını yazdırmamışdır. Bacısı başqa evdə yaşamasına baxmayaraq onu həmin evdən və həyətyanı sahədən çıxarmağa çalışır. Halbuki evə məxsus işıq, qaz və su kartları onun adınadır. Qızqayıt onları əlindən alıb ona vermir. 0,07 ha torpaq sahəsinin 2\3 hissəsi mərhum valideyinlərinin mülkiyyətindədir. Bu mirasa bacısı və o vərəsədirlər. O, miras əmlakı olan ev və torpaq sahəsinə dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün İmişli regional “ASAN” xidmət mərkəzində Notariat ofisinə ərizə versə də mirasın qəbulu müddəti ötdüyündən ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İmişli regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Ərizəçi doğum haqqında akt qeydinin çıxarışından görünür ki, o, xx xxx 1966-cı il tarixdə İmişli şəhərində doğulmuşdur, X3, anası isə X8r. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1156A saylı, 90701004 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.07 ha torpaq sahəsi X5, X10 və X7 ümumi mülkiyyətlərinə verilmişdir. Ölüm haqqında 26 aprel 2021-ci il tarixli, 05/70-221 saylı akt qeydinin çıxarışından görünür ki, X12 10 fevral 2008-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında 26 aprel 2021-ci il tarixli, 05/70-224 saylı akt qeydinin çıxarışından görünür ki, X9 07 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 27 iyul 2021-ci il tarixli məktubundan görünür ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 09 saylı ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli, 2293 nömrəli arayışdan görünür ki, Ərizəçi İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 09 saylı ünvanda qeydiyyatdadır. Məhkəmə ərizəçini dinləyib, təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilərki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X3 və anası X7 ölümlərindən sonra miras qalmış İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 09 saylı ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3 və anası X7 ölümlərindən sonra miras qalmış İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 09 saylı ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar