Məhkəmə qərarları › İş №2(036)-1696/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1696/2022

27.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1696/2022 27.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması tələbi barədə” ilkin iddiasına və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoymaları və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilkin iddia üzrə mübahisə predmeti olan torpaq saəsinin dəyəri olaraq 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat, cəmi 12750 manat məbləğində pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvləri X1, X6, X4, X7, X5, X11, X8 və X2 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsini 13 il bundan əvvəl həmkəndlisi X3 10 il müddətinə müvəqqəti istifadəyə vermişdir. X9 vəfat etdikdən sonra torpaq sahəsini onun övladları Cavabdeh2 və Cavabdeh1 ondan icazə almadan zəbt edib istifadə edirlər. Onlardan torpaq sahəsindən çıxmağı tələb etsə də cavabdehlər onun torpaq sahəsini qaytarmır və onun torpaq sahəsini qanunsuz əkib becərirlər, götürdükləri faydadan isə ona pay vermirlər. Hazırda o, torpaq sahəsini özü əkib-becərib məlum problemlərimi həll etmək istəyir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə hazırda o, Dövlət reyestrındən Çıxarışa əsasən mülkiyyətimdə olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımı həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə İddiaçı və onun və ailə üzvləri X1, X6, X4, X7, X5, X11, X8 və X2 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən istifadə edilməsini ailə üzvləri İddiaçı həvalə etmişlər. Lakin maddi imkanları olmadığlndan və torpaq sahəsini əkib becərə bilmədiklərinə görə İddiaçı 13 il əvvəl həmin torpaq sahəsini 9750 manata onun mərhum atası Rafiq Qüdrətova satmışdır. Hüquqi təhsili olmadığından isə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamamışlar. Torpaq sahəsini aldığı gündən elə bilmişdir ki, torpaq sahəsi onundur. Artıq 13 ildir ki, həmin torpaq sahəsini o əkib becərir, torpaq sahəsində irriqasiya və meliorasiya işləri görmüş, su kanalı şəkmiş, sahənin şor kollektorunu, digər drenaj şəbəkələrini təmizlətdirmiş, torpaq sahəsinə peyin vermiş və.s. Bütün bunlar üçün, yəni torpaq sahəsində məhsuldarlığı artırmaq üçün 2020-ci ilədək torpaq sahəsinə 3000 manat xərc çəkmişdir. Əgər İddiaçı torpağı ondan geri istəyirsə torpaq sahəsinin dəyəri olaraq onun atasından aldığı 9750 manat pulu və çəkdiyi xərclərin əvəzi olaraq 3000 manatı ona ödəməlidir. Məhəhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verib ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşlıqlı iddia ərizəsinə uyğun izahat verib qarşlıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, həmin çıxarışa əsasən İddiaçı və onun və ailə üzvləri X1, X6, X4, X7, X5, X11, X8 və X2 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1.970 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşin araşdırılan hallarından və ilkin iddia üzrə cavabdehlərin etirafedici izahatılarından müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi müvəqqəti istifadə üçün ilkin iddia üzrə İddiaçı tərəfindən cavabdehlərin mərhum ataları Rafiq Qüdrətova verilmiş, Rafiq Qüdrətovun vəfatından sonra isə həmin torpaq sahəsini övladları, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. 157.4 maddəsinə uyğun olaraq, əgər mülkiyyətə qəsd və başqa manelər varsa, mülkiyyətçi mülkiyyətə qəsd edəndən bu hərəkətə son qoymasını tələb edə bilər, bu hərəkətlərə son qoymadığı halda tələbi məhkəmə vasitəsi ilə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşdən göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi ilkin iddia üzrə İddiaçı məxsusdur, cavabdehlər isə həmin torpaq sahəsi üzrəində hər hansı bir hüquqi statusa malik deyildir. Bundan əlavə cavabdehlər torpaq sahəsini aldıqlarını göstərsələr də, sözügedən torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlərin mərhum ataları arasında (məhkəmədə müəyyən edilməsi mümkün olmayan) şifahi razılaşmalar olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üzrə qiymət verib, iddia iddia tələbinin təsdiq edilməsi üçün kifayət qədər sübutların mövcudluğunu, ilkin iddia üzrə cavabdehlərin ilkin iddia tələbinə qarşı etirazlarının və qarşılıqlı iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmələrini nəzərə alıb hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı və torpaq sahəsi öz mülkiyyətçilərinə qaytarılmalı, qarşlıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.970 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsın və torpaq sahəsi öz mülkiyyətçilərinə qaytarılsın. İlkin iddia tələbi üzrə ərizənin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşlıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar