Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1699/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlu, Ərizəçi maraqlı şəxs “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, övladı X1 xx.xx.2020-ci ildə Bakı şəhərində onun tərəfindən doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu iı tarixli Plenum Qərarının 1.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materialları ilə müəyyən olur ki, Ərizəçi maraqlı şəxs hazırkı tələblə “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsə müraciət etmiş, lakin xx.xx.2020-cii il təvəllüdlü uşağın dünyaya gəlməsi və onun sağ olması barədə heç bir məlumat olmadığına görə “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda tərəflər arasında hüquq haqqında mübahisə mövcuddur. Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə iddia icraatı qaydasında verilməli olduğu halda xüsusi icraat qaydasında verilərək, prosessual qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ərizə geri qaytarılmalıdır. Ərizəçi tərəfindən ərizə üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC-nin ödəmə terminalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə iddia icraatı qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs “İmişli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC-nin ödəmə terminalı vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qıızna qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-1699/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1699/2024
11.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver