Məhkəmə qərarları › İş №2(036)-1705/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1705/2021

18.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1705/2021 18.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X18 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, cavabdehlər Cavabdeh1, X12 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin sədri X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X13, X9, X12 və X6 qarşı “torpaq sahəsindən çıxarıma tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X13, X9, X12 və X5 ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə ona Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan, Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən ərazidən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 18,0 ha torpaq sahəsi icarəyə verilmiş və bu barədə 25 noyabr 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər onun icarəsində olan torpaq sahəsindən istifadə etməyinə mane olurlar, onu torpaq sahəsinə buraxmırlar. O, həmin torpaq sahəsinə icarə hüququnun qeydə alınması üçün DƏDRX-nin Beyləqan 6 saylı ərazi idarəsinə müraciət etmiş, müraciəti əsasında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları yerqurluşu koordinatlarının müəyyən edilməsi və dəqiqləşdirilməsi üçün əraziyə baxış keçirilməsi məqsədilə onun icarəsində olan torpaq sahəsinə gələrkən Cavabdeh1 idarənin əməkdaşlarını əraziyə buraxmamış və onların öz vəzifələrini icra etməsinə mane olmuşdur. Nəticədə yerquruluşu işləri aparılmamışdır. O, dəfələrlə Cavabdeh1 müraciət edərək ailə üzvləri ilə birlikdə icarə hüququ ilə ona məxsus olan 18,0 ha torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Nəticə etibarı ilə o, 2007-ci ildən icarəsində olan 18.0 ha torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də hazırkı tələblə bağlı məhkməyə müraciət etmişdir. Məhəhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahsə predmeti olan torpaq sahəsi yararsız vəziyyətdə olmuşdur. O, 27 il ərzində həmin torpaq sahəsindən istifadə edərək torpaq sahəsini yararlı vəziyyətə gətirmiş və torpaq sahəsində 200-ə qədər ağac əkmişdir. Bundan əlavə o, 11000 ABŞ dolları məbləğində xərc çəkərək artezan çəkmişdir. Əgər iddiaçı onun çəkdiyi xərcləri ödəyərsə torpaq sahəsindən çıxmağa hazırdır. Onun həmin torpaq sahəsində çox böyük əməyi olmuşdur. Ona görə də hesab edir ki, iddiaçının bu tələbi onun həm torpaq sahəsi üzərində əməyinin itirilməsinə, həm də hüquqlarının pozulmasına yol açır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X12 işin hallarına dair Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bəhrəmtəpə Bələdiyyəsinin sədri X3 izahatında göstərmişdir ki, 25 noyabr 2007-ci il tarixdə İddiaçı ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisindən 18,0 ha torpaq sahəsi X10 icarəsinə verilmişdir. İddiaçı icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin Cavabdeh1 və oun ailə üzvləri həmin torpaq sahəsindən istifadə etdiyindən İddiaçı icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən cavabdehlərə torpaq sahəsindən çıxamaları barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan uzun illərdir istifadə edir, lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir, lakn icarə hüququ ilə İddiaçı məxsusdur. Ona görə də hesab edir ki, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və İddiaçı pozulmuş hüquqları bərpa edilməklə icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə etməsinə şərait yaradılmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinn 2-ci hissəsinə görə icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İş materiallarında olan Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli, 14 saylı iclas protokolunun surətindən görünür ki, Bəhrəmtəpə Bələdiyyəsinin 24 noyabr 2007-ci il tarixli iclasında İmişli şəhər sakini İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətə icarəsinə verilməsi qərara alınmışdır. İşdə olan İddiaçı ilə Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış 25 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, İmişli şəhər sakini İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə Bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə illik 126 (bir yüz iyirmi altı) manat haqq ödəmək şərtilə icarəsinə verilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı icarə müqaviləsidə nəzərdə tutulmuş icarə haqlarını ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. 157.4 maddəsinə uyğun olaraq, əgər mülkiyyətə qəsd və başqa manelər varsa, mülkiyyətçi mülkiyyətə qəsd edəndən bu hərəkətə son qoymasını tələb edə bilər, bu hərəkətlərə son qoymadığı halda tələbi məhkəmə vasitəsi ilə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.02.2003cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Cavabdeh1 Heydər oğlu iddia tələbinə etirazının əsası qismində mübahisələndirilən torpaq sahəsinə İddiaçı daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və yalnız qeyd olunan torpaq sahəsi üzərində təsərrüfat işləri aparmasını bildirmişdir. Halbuki, istər daxili, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə gözlənti qanuni əsasa malik olmalıdır. Belə qanuniliyin başlıca şərti isə onun hüquqi əsasa bağlı olmasıdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinə öz qərarlarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üsrə qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, X13, X9, X12 və X1-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında İddiaçı məxsus 18,0 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X13, X9, X12 və X1-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə Bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında İddiaçı məxsus 18,0 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar