Məhkəmə qərarları › İş №2(036)-1745/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1745/2025

01.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1745/2025 01.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru vəzifəsini icra edən X1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ:

1. Təsviri hissə:

2. İddiaçı cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində göstərilmişdir ki, o, xx.xx.2022-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsinə qəbul olunmuşdur. İşəgötürən əsasız olaraq xx.xx.2024-cü il tarixli 54 saylı əmri ilə əmək müqaviləsinə əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə işə gəlmiş və saat 15 radələrinədək işdə olmuş, halı pisləşdiyi üçün işdən xəstəxanaya getmiş və həmin gün adına əmak qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin açıldığına baxmayaraq və himayəsində azyaşlı uşaq olduğu halda əmək məcəlləsinin 72-ci maddəsinin "a" bəndinin (işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) 79-cu maddəsinin 1-ci və 3-cü abzaslarının (İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərin, əmək qabiliyyatini müvaqqəti itiran işçilərin əmək müqaviləsinin işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin-ləğv edilməsi qadağandır) tələbləri nəzərə alınmadan əmək qanunvericiliyinin tələbləri pozularaq bu Məcəllənin 70- ci maddəsinin "ç" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də ona düşən bütün ödənclər işdən çıxarıldığı gün ödənilməmiş, xx.xx.2024-cü il tarixdə əmək haqqı kartına köçürülmüş, nəticədə Əmək Məcəlləsinin 172.4-cü (işçi işdən çıxərkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddəsinin tələbləri pozulmuşdur. Nəzərə çatdırır ki, aşkar edilmiş pozuntulara əsasən İmişli şəhər N.Gəncəvi adma 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh2 barəsində X2 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsində qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqavilesinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN002095 saylı İnzibati xata haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən işə götürən Cavabdeh2 bərəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, əmək müqavilləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. O, İddiaçı, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(036)-795/2024 saylı qərarı və xx.xx.2025-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3(106)-54/2025 saylı qanuni qüvvəyə minmiş qərarı ilədə hüquqlarının pozulduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 54 saylı əmrin ləğv edilməsi ve işinə bərpa olunmağı barədə işə götürənə Azarbaycan Respublikası əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X13 Xidməti X12 tərəfindən o, işinə bərpa olunmağına dair məktub göndərməsinə baxmayaraq, cavabdeh İmişli şəhər N.Gəncəvi adma 2 saylı tam orta məktəbin direktoru X15 bu günə qədər məhkəmə və X13 Xidmətinin qərarlarını könüllü şəkildə icra etməmiş, işə bərpanı təmin etməmiş və məcburi iş buraxması ödənilməmişdir. Hesab edir ki, yuxarıda göstərdiyi qanun pozuntularından məlum olur ki, onun əmək müqaviləsinə qeyriqanuni olaraq xitam verilmişdir və o, işinə bərpa edilərək işləməlidir.

4. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsini də göstərmiş və İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cii il tarixli 54 saylı əmrin ləğv olunması, iş yeri olan İmişli şəhər N.Gəncəvi adına 2 saylı tarn orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X12nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati qərarın icra edilməsi barədə, mediasiya arayışı almaqdan ötəri ödədiyi altmış manat cavabdehdən tutularaq ona ödənilməsi barədə və məcburi işburaxmava görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsinin üçüncü abzasının aşağıdakı kimi qeyd edilməsini xahiş etmişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X12nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qərarın doğruluğunu təsdiq edən İmişli Rayon Məhkəməsinin qəbul etdiyi qanuni qüvvəyə minmiş 3(036)-795/2024 saylı qərarının icra edilməsi barədə.

6. İddia tələbinin dəqiqləşdirilməsi barədə icraat qəbul edilmiş, iddia tələbinə dəqiqləşdirilmiş formada baxılmışdır.

7. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş eyni məzmunlu etirazlarda göstərilmişdir ki, 2(036)- 1745/2025 nömrəli iş üzrə İddiaçı cavabdeh İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müraciət 07 may 2025-ci il tarixdə qeydə alınmışdır. İddia tam olaraq əsassızdır. Belə ki, İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu İddiaçı xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlsə də, heç kimdən icazə almadan, heç bir rəsmi sənəd təqdim etmədən 08:50-də məktəbin ərazisini tərk edərək əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə ondan işə gəlməməsinin səbəbini soruşduqda o, buna dair hər hansı təsdiqedici sənəd və izahat verməktən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəlmişdir. Bununla da o, ona bənzər səbəblərdən elan olunmuş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, məktəbin sabiq psixoloqu İddiaçı azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinən əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Lakin İddiaçı tərəfindən heç vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadəyə dair müəssisəyə müraciət olunmamışdır. Bundan başqa, Ə.Əsmər dəfələrlə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq işə gec və ya heç gəlməmişdir. Ona dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şifahi xəbərdarlıq edilsədə o, müxtəlif bəhanələr irəli sürərək işə gəlməmə və ya geçikmə səbəbinə dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmin şəxs yenə eyni xətanı edərək əmək funksiyasında göstərilən işçinin üzərinə düşən məsuliyyitəni dərk etməmiş və vəzifə borcunu yerinə yetirməkdə nöqsanlara yol vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. İddiaçı Azərbaycan Respublikasının Əmək məcəlləsinin 79-cu maddəsində göstərilən hallardan sui-istifadə edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bu halların təkrarlanmasına yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq, xx.xx.2024-cü il tarixdə müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmaqla İddiaçı əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı iştirakı ilə iclas keçirilmiş və onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Əlavə olaraq nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş işçilərin əmək müqavilələrinə həmin məcəllənin 70-ci maddəsi ilə xitam verilməsi üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsində 2(102)- 929/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərara əsasən (56-cı və 57-ci bənd) - İlkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təsfiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və işçinin hüquqdan sui istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-37/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarının 27-30-cu bəndlərinə əsasən (27-ci bənd) qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada təsbit olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. (28ci bənd) İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. (29-cu bənd) Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. (30-cu bənd) Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyil ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.

8. Həmçinin iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Mülkü Məcəllənin 375.2-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir:

9. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir:

10. O, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir;

11. İddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir;

12. iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

13. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Lakin, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirik ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərinlənlərə əsasən iddiaçının əmək mübahisəsinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə ərizə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, məhkəmədən iş üzrə İddiaçı İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, 2(036)-1745/2025 nömrəli iş üzrə İddiaçı əmək funkisiyalarını kobud şəkildə pzoduğuna görə onunla bağlanılmış əmək müqaviləsinə İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin sabiq direktoru Cavabdeh2 Cəmil oğlunun xx.xx.2024-cü il tarixli 54 saylı əmrinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç" bəndi ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam edilmişdir. Qeyd edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “F” bəndinə əsasən intizam tənbehi fərdi əmək mübahisəsi predmentinə daxil edilir. Bu səbəbdən iddiaçı Müki Porssesual Məcəlləsi və Mediasiya haqqında qanuna uyğun olaraq əmək mübahisəsi üzrə mediasiya təşkilatına müraciət etmişdir. Müraciətə əsasən ona məhkəməyə təqdim edilməsi üçün müvafiq bildiriş verilmişdir. Lakin İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə istinadən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək yerinə o əmək müfəttişliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 131ci maddəsində qeyd edilənlərə istinadən Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Məhkəmələr və hakimlər haqqında qanunun Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Məhkəmə praktikasına istinad etsək 03 iyun 2025-ci il tarixli 2(102)-1744/2025 nömrəli iş üzrə çıxarılan qərara nəzər yetirsək eyni məzmunlu iş üzrə Ali Məhkəmə müddət ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294 və 296 -cı maddələrinin şərh edilməsinə dair 30 iyun 2021 -ci il tarixli Konstitusiya Məhkəməsinin qərarına söykənərək iş üzrə cavabdehin iddia müddətini üzürsüz səbəbdən ötürdüyünü qeyd edərək iddianı rədd etmişdir. Odur ki, “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir:

15. O hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir;

16. İddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir;

17. İddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

18. Lakin, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirik ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 iddia tələbinə, etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin direktoru vəzifəsini icra edən X7 iddia tələbinə etiraza uyğun izahat verərək bildirmişdir ki, iddia əsassızdır, hazırda İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbində direktor vəzifəsini müvəqqəti icra edir. Digər cavabdehin nümayəndəsinin dedikləri ilə razılaşdığını və iddianın təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir.

23. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş:

24. AZ-İV 920455 nömrəli xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında İddiaçı qeyd edilmişdir.

25. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrdən görünür ki, İmişli rayonu üzrə təhsil sektoru İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəb bölməsində “Psixoloq” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 “ç” – işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti X12nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X12nə ünvanlanmış İmişli şəhər N.ünvan 1ası barədə müraciətə baxılmışdır. Araşdırma zamanı təqdim edilmiş sənədlərdən əmək müqavilənizə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmiş, aşkar edilmiş qanun pozuntularına əsasən işəgötürən İmişli şəhər N,Gəncəvi adına 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh2 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN00020695 nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmiş, İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən 20 gün müddətində hüquqpozmanın aradan qaldırılması məqsədilə tərəflərindən işəgötürənə göstəriş məktubu göndərilmişdir. Lakin İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbinin direktoru Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində hüquqpozma aradan qaldırılmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsi ilə (bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə Ödənilməlidir, Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir) şərti qərar qüvvəyə minmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

27. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN 00020695 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXMnin 192.6-cı maddəsi ilə 1500 (bir min beş yüz) manat cərimə edilmişdir.

28. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(036)-795/2024 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X12 tərəfindən qəbul edilmiş 25 oktyabr 2024cü il tarixli, MN seriyalı 00020695 saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır.

29. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(106)-54/2025 saylı qərarından görünür ki, barəsində inzibati tənbeh təyin edilmiş şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 03 dekabr 2024cü il tarixli 3(036)-795/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.

30. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh2 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir.

31. İmişli şəhər N.ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası əmək qanunverciliyinin tələblərinə uyğun olaraq müvafiq əmrin surəti və əmək kitabçasının əsli aidiyyəti üzrə iddiaçıya göndərilmişdir.

32. 0536338 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə trompbositopenik purpura diaqnozu qoyulmuşdur. 28..09.2025-ci il tarix işə başlama tarixi müəyyən edilmişdir.

33. 0082400 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə İmişli şəhər 2 saylı tam orta məktəbə psixoloq vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixdə İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbin psixoloq vəzifəsi üzrə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

34. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024cü il tarixdə işə gəlmiş, uşaq xəstə olduğu üçün 08:50-də icazəsiz işdən getdiyi üçün üzürlü hesab edilməsini xahiş etmişdir.

35. İnzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli 52 nömrəli əmrin surətindən görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu İddiaçı oğlu xx.xx.2024-cü il saat 08:00 dəqiqədə üzürsüz səbəbdən işdən getmişdir. Qeyd olunanlar nəzərə alınaraq əmr edir:

36. İmişli şəhər M.Gencovi adına 2 nömrəli tam orta məktəbin pisxoloqu Əhməon Əsmər

37. Şahin qızına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət elan olunsun.

38. Əmr İddiaçı iştirakı ilə ucadan oxunmaqla əməkdaşların diqqətinə çatdırılsın.

39. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh2 Cənil oğlu, təlim-tərbiyə işləri üzrə direktor müavini X5, Həmkarlar İttifaqı Komitəsinin sədri X6 və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə məktəbin psixoloqu İddiaçı elan olunmuş töhmət onun iştirakı ilə direktor tərəfindən ucadan oxunmuş və İddiaçı həmin əmrlə tanış olunmuşdur.

40. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin direktoru Cavabdeh2 Cənil oğlu, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, həmkarların sədri Ceyran İsmayılova, təşkilatçı müavini Aksana Muradova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin psixoloqu İddiaçı 20 sentyabr 2024-cü il tarixdə işdə olmamışdır.

41. Məktəbin direktoru Cavabdeh2, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevda Quliyeva, təşkilatçı Aksana Muradova, həmkarların sədri Ceyran İsmayılova, kitabxanaçı Fatma Usubuva tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin psixoloqu İddiaçı 20 sentyabr 2024-cü il tarixdə işdə olmaması barədə izahat tələb olunduğu halda izahat yazmaqdan imtina etmişdir.

42. İnzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli 53 nömrəli əmrin surətindən görünür ki, İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin psixoloqu İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə ondan izahat verməsi tələb olunmuş, lakin izahat verməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq əmr edilmişdir ki:

43. İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbin, psixoloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur.

44. Əmr İddiaçı iştirakı ilə ucadan oxunmaqla əməkdaşların diqqətinə çatdırılsın.

45. Mülki işə tətbiq edilən hüquq:

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

47. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

48. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

49. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

51. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

52. Maddə 294, 1-ci bənd. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

53. Maddə 294, 2-ci bənd. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

54. Maddə 294, 4-cü bənd. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

55. Maddə 296, 4-cü bənd. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

56. Maddə 296, 2-ci bənd. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

57. Maddə 296, 3-cü bənd. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür..

58. Maddə 296, 4-cü bənd. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

59. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən:

60. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.

61. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.

62. Həmin Qərara əsasən:

63. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən X13 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.

64. Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

65. Göründüyü kimi, qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur.

66. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır:

67. · yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması;

68. · müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması;

69. Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər.

70. Müraciətdə göstərilmişdir ki, əmək mübahisələri ilə bağlı işlərdə iddiaçıların (işçilərin) məhkəməyə müraciət etməzdən əvvəl əksər hallarda X13 Xidmətinə müraciət etmələri bu Xidmətin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirmişdir.

71. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X13 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

72. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X13 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.

73. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

74. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

75. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

76. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

77. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

78. Müraciətedənin qənaətinə görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində fərdi əmək mübahisələrinə baxan orqan dedikdə, yalnız fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanlar başa düşülür.

79. Lakin Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həlli qaydalarını tənzimləyən və həmin Məcəllənin qırx beşinci fəslində yerləşən normalarının təhlilindən müəyyən olunur ki, qanunverici bütün hallarda fərdi əmək mübahisələrinə məhkəməyədək baxan orqanla məhkəmələri bir-birindən fərqləndirmişdir.

80. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.

81. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur.

82. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur.

83. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

84. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

85. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

87. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

89. Məhkəmənin mövqeyi:

90. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

91. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

92. İddiaçı xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrin ləğv edilməsini, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqını iddia edir.

93. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsini şərtləndirən iki hüquqi əsasın araşdırılaraq qiymət verilməsi vacibdir. Bunlara, birincisi, tərəflərin əmək münasibətlərində olması, ikincisi iddiaçının iddia etdiyi kimi həqiqətən xx.xx.2024-cü il tarixli 54 saylı əmrin qanunsuz olaraq qəbul edilməsi.

94. Tərəflərin əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı cavabdeh qurumda İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

95. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi qeyd edilən məsələni araşdırmağa ehtiyac qalmır, çünki cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

96. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələcəkdir.

97. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli 54 saylı əmri hazırki iddia ərizəsi ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İş materiallarında müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. xx.xx.2024cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı məhkəməyə isə bundan təxminən 5 aydan artıq meddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

98. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə məhkəməyə gec müraciət etməsini X13 Xidmətinə müraciət etməsi və xidmət tərəfindənqəbul edilmiş qərarın cavabdeh tərəfindən məhkəmədə mübahisələndirilməsi ilə əlaqəndirmişdir.

99. Halbuki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarından da görünür ki, X13 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.

100. Buna görə də, məhkəmə hesab edir ki, qanunvericilik fərdi əmək mübahisələrinin həlli üçün konkret iddia müddəti müəyyən etmişdir. Qanunun tələbinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərizində mübahisə barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. ƏM-də iddia müddətinin axımının başlandığı işçinin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilir.

101. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz hüququnun pozulması hesab etdiyi aşkar etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Lakin bundan sonra məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddət məhkəməyə müraciət etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdən təxminən 5 aydan artıq meddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla üzrsüz səbəbdən məhkəmə müraciət etmək üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.

102. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

103. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

104. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 296cı maddəsində əmək mübahisələri ilə bağlı konkret iddia müddətləri müəyyən edilmişdir.

105. Məhkəmə həmçinin qeyd edir ki, İmişli Rayon Məhkəməsinin 2-1(036)- 1745/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X12nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qərarın doğruluğunu təsdiq edən İmişli Rayon Məhkəməsinin qəbul etdiyi qanuni qüvvəyə minmiş 3(036)-795/2024 saylı qərarının icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsində iş üzrə icraat xitam verilməsi qərara alınmışdır.

106. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən:

107. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

108. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən:

109. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

110. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar