Məhkəmə qərarları › İş №2(036)-1770/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1770/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1770/2022 05.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 Garay oğlu, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Garay oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilmələri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 arayışına əsasən şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmış Cavabdeh1 Garay oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İmişli şəhəri, Həzi Aslanov küçəsi ev 37-də yerləşən mənzil ona məxsusdur. Evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı var. Hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. Lakin sonradan İmişli rayon Polis şöbəsinin X2 “Yaşayış yeri üzrə qeydiyyat haqqında” verdiyi arayışdan məlum olmuşdur ki, həmin evdə ondan əlavə Cavabdeh1 Garay oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 adlı şəxslərdə qeydiyyatdadır. O, cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olmalarını istəmir. Ona görə də xüsusi mülkiyyətində olan İmişli şəhəri, Həzi Aslanov küçəsi ev 37-də yerləşən evindən cavabdehlər Cavabdeh1 Garay oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Garay oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə predmeti olan mənzil onun ata evidir. Belə ki, atasının vəfatından sonra mənzili bacıları X1 adına rəsmiləşədirmişlər. Bacıları isə ölümündən qabaq həmin evi bacısı oğlu İddiaçı vəsiyyət etmişdir. Bacısının ölümündən sonra İddiaçı həmin evi vərəsəlik şəhadətnaməsi əsasında öz mülkiyyətinə keçirmişdir. Bütün bunlara baxmayarq o, hal-hazırda həmin evdə yaşayır və qeydiyyatdadır. Ona görə də, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, o, uşaqlıqdan mübahisə predmeti olan evdən çıxmış və uzun illərdir anası ilə birlikdə yaşayır. Bundan sonra da həmin evdə yaşamaq fikri yoxdur. Ona görə də iddianı qəbul edir və təmin olunmasına etiraz etmir. Lakin digər cavabdeh, atası Cavabdeh1 Garay oğlunun mənzildən istifadə hüquqalarının saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportunun surətindən görünür ki, İmişli şəhəri, Həzi Aslanov küçəsi 37 saylı evin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********33-10301 reyestr nömrəli çıxarışın sürətindən görünür ki, İmişli şəhəri, Həzi Aslanov küçəsi 37 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 Garay oğlu, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İmişli şəhəri, Həzi Aslanov küçəsi 37 saylı evdə qeydiyyatdadırlar. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, evin iddiaçının mülkiyyətində olması, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 isə evdə qeydiyyatda olmalarına baxmayaraq həmin evdə yaşamamaları sübuta yetirilir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda formal qalması onun mənzilin üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Cavabdeh1 Garay oğlu digər bacı qardaşları ilə birlikdə mənzildən düşən pay hüquqlarından imtina edərək mənzili bacıları X1 mülkiyyətinə vermişlər. Bununla da o, mənzilə mülkiyyət, ondan istifadə və üzərində sərəncam vermək hüquqlarını itirmişdir. İddiaçı isə məhkəmə iclasında dayısı Cavabdeh1 mənzildən mülkiyyət və istifadə hüquqlarını itirməsinə baxmayaraq onu evdən çıxarmaq niyyətində deyil. Lakin o, dayısının könüllü şərait yaratmaması səbəbindən mülkiyyətində olan mənzildən özü istədiyi kimi istifadə edə bilmir. (mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan mülkiyyətində olan mənzilini ipotekaya qoyub kredit götürə bilmir və.s) Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 15 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Cavabdehlərin yaşamadıqları halda evdə pasport qeydiyyatında qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına səbəb olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Sübutların məcmusuna qiymət verib, məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin ünvanda yaşamamasını, həmin evdə qeydiyyatlarının formal olmasını nəzərə alıb, onların İmişli şəhəri, Həzi Aslanov küçəsi ev 37-də olan evə istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 Garay oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İmişli şəhəri, Həzi Aslanov küçəsi ev 37-də olan evə istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Garay oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İmişli şəhəri, Həzi Aslanov küçəsi ev 37-də olan mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar