Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1802/2024 17.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X18 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X3 xx.xx.1951-ci ildə İmişli rayonu, Çaxırlı kəndində doğulması faktının müəyyən edilməsi və doğum akt qeydində atasının X4 və anasının X5 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum bacısı X6, xx.xx.1951-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, xx.xx.1997-ci il tarixdə isə İmişli rayonu, Çaxırlı kəndində vəfat etmişdir. X2 və anası X5 olmuşdur. O, mərhum bacısına doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, İmişli rayon Qeydiyyat şöbəsindən ona bildirmişlər ki, doğum faktı tibbi sənədlərlə təsdiq olunmadığından doğum şəhadətnaməsi verilə bilməz, doğum faktı yalnız məhkəmə qaydasında müəyyən oluna bilər. İmişli rayon Qeydiyyat şöbəsi 22 may 2024-cü il tarixli doğum akt qeydinin bərpasından imtina barədə rəyində göstərir ki, bu fakt məhkəmə qaydasında müəyyən edilir. Ərizəçinin qeyd etdiyi tarixdə və yerdə doğum faktı şahidlər təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin mərhum bacısı onun qonşusudur. O, xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğulmuşdur. Anasının X2, anası isə X5 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçinin mərhum bacısı onun qonşusudur. O, xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğulmuşdur. Anasının X2, anası isə X5 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçinin həyat yoldaşıdır. O, xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğulmuşdur. Anasının X2, anası isə X5 olmuşdur. Maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə İmişli Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon Qeydiyyat Şöbəsinin 22 may 2024-cü il tarixli Ərizəçi ünvanlanmış rəyindən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. İş materiallarında olan İmişli RİHB-nin Məzrəli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 365 saylı, xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, xx.xx.1951-ci təvəllüdlü X1 rayonu, Çaxırlı kəndində anadan olmuş və xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İV – JQ № 467435 nömrəli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində almışdır. Əsaslandırıcı hissə: Ərizəçi mərhum bacısının xx.xx.1951-ci ildə İmişli rayonu, Çaxırlı kəndində doğulduğu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. MPM-nin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Məhkəmə iddiaçı Ərizəçi mənafeyini və verilmiş ərizənin onun hüquq və azadlıqlarının müdafəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.1951-ci il təvəllüdlü X3 İmişli rayonu, Çaxırlı kəndində doğulması göstərilsə də, bunu təsdiq edən müvafiq sənədlər mövcud deyildir. İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, X6 həqiqətən də xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadələri əsasında öz təsdiqini tapır. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X8, X11 və X7 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin xx.xx.1951-ci il tarixdə anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi mərhum bacısı X3 xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X3 xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında X4, milliyəti azərbaycanlı, ana qrafasında isə X5, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3 xx.xx.1951-ci il tarixdə İmişli rayonu, Çaxırlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum haqqında akt qeydi icra olunaraq, ata qrafasında - X4, ana qrafasında - X5, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə X3 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1802/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1802/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver