Məhkəmə qərarları › İş №2(036)-1816/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1816/2024

26.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1816/2024 26.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı, Cavabdehlər İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 qarşı “cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi və 1 saylı tam orta məktəbinə əvvəllər çalışmış olduğu ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin də cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddianın dəlilləri: cavabdeh İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru tərəfindən 27 iyun 2024-cü il tarixli, 31 saylı əmr çıxarılaraq əmək müqaviləsinə xitam verilməklə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları kobud surətdə pozulub. Ona görə də həmin əmri mübahisələndirir və bildirir ki, əmr məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunmalı, məktəbdə çalışdığı ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməlidir. O, 2007-ci ildə Bakı Dövlət Universiteti nəzdində Beynəlxalq Kolleci bitirimiş və ibtidai sinif müəllimliyi ixtisasına yiyələnmişdir. Həmin ildən, yəni 2007-2008-ci tədris ilindən 1 saylı Aranlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləməyə başlamışdır. 2007-ci ildən hazırkı ilə qədər fasiləsiz olaraq müəllimlik fəaliyyəti davam etdirmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu müddət ərzində məktəbdə intizamlı olmuş, müvəffəqliyyətlə dərs tədris etmiş, xeyli sayda uşağı 1-ci sinifə qəbul edib, 4-cü sinifdən sonra yuxarı siniflərə, necə deyərlər, yola salmışdır. Nəzərə çatdırır ki, yuxarı siniflərdə həmin şagirdlərin bilik və bacarıqlar əldə etməsində heç bir problem olmamış, fənn müəllimləri və valideynlər həmişə ondan razı qalmış, həmin uşaqların əksəriyyəti ölkənin müxtəlif ali və orta ixtisas məktəblərində təhsil almış, bir çoxları isə hazırda təhsil alır. Əmrdən görünür ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi zaman AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29- 69/3-2-13F/2024 saylı əmrinə istinad edilib. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyyi halları sübut etməlidir. O da işdən azad olunmağı barədə cavabdehin əmrinə etiraz edir, bunu aşağıda qeyd etdiyi şəkildə əsaslandırır. Hər iki əmr tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsası kimi 2024-cü ilin iyun ayının 8-də iştirak etdiyi sertifikasiya imtahanının test mərhələsinin nəticəsinə əsasən guya keçid balını toplaya bilmədiyi götürülüb. Lakin qeyd edir ki, lazım olan keçid balını toplaya bilməməyinin səbəbi həmin imtahanın keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi və ona normal imtahan şəraitinin yaradılmaması, bundan əlavə, nəticələrinin saxtalaşdırılması ilə bağlı olmuşdur. İmtahan nəticələrindən narazı qaldığına görə apellyasiya müraciəti etmiş, lakin gətirdiyi dəlillərə əhəmiyyət verilməyərək müraciəti təmin edilməmişdir. Qeyd edir ki, barəsində çıxmış qanunsuz əmrin ləğv edilməsi ilə əlaqədər hazırda Azərbaycan Respublikasının ali dövlət orqanlarına və onların vəzifəli şəxslərinə şikayətlərini davam etdirir. İştirak etdiyi 08 iyun 2024-cü il tarixli sertifıkasiya imtahanında aşağıdakı qanun pozuntularına yol verilməsi, göstərdiyi kimi, bilik və bacarıq səviyyənin imkan verməsinə və əslində tələb olunan keçid balını topladığına baxmayaraq, qiymətləndirimə zamanı hüquqlarının pozulması ilə nəticələnib: Sertifıkasiyanın test imtahan prosesi zamanı istifadə etdiyi kompüterə kənardan haker müdaxiləsi təşkil edilib. Belə ki, müəyyən vaxtdan sonra, yəni artıq bir xeyli suallarla tanış olub, onlara cavab verdiyi vəziyyətdə həmin kompüter qəflətən qaralaraq söndü, sonra isə təkrar bərpa olundu. Bərpa olunduqdan sonra isə aşağıdakı vəziyyətlə üzləşdi: Kompüter bərpa olunduqdan sonra suallara və cavablara bir daha nəzər yetirəndə əvvəlki sualların bir qisminin dəyişdirildiyini, buna görə də həmin suallara cavablarının artıq adekvat olmadığını, bəzi suallar qalsa da, cavabların silindiyini, bundan əlavə, bir sıra suallar olub ki, əvvəl başqa cavab variantını seçsə də, kompüter yenidən aydınlaşdıqdan sonra iradəsindən asılı olmayaraq, yanlış və seçmədiyi variantların işarələndiyini aşkar etdi. Bundan başqa, bərpa edildikdən sonra istifadəsində olan kompüterdə kursor oxunun “siçan”a tabe olmaması və əməliyyat komandaları verməyin mümkün olmamasından ibarət problem yarandı və nəticədə suallara cavabları işarələmək imkansız oldu. O, dərhal imtahan nəzarətçilərinə və orada olan kompüter mütəxəssislərinə müraciət etmiş, nəzərlərinə istifadəsində olan kompüterin yanıb-söndüyünü, bundan sonra suallar və cavablarla bağlı yuxarıda göstərdiyi vəziyyətin yarandığını, habelə kompüterdə olan nöqsanın bundan sonrakı fəaliyyətinə maneəçilik törətdiyini çatdırıb, kömək istəmişdir. Həmin hallar ona ayrılmış vaxtın böyük bir hissəsinin itirilməsinə, prosesi sıfır vəziyyətindən yenidən başlamağına səbəb oldu. Beləliklə, kompüterinə müdaxilə olunması, həmçinin həmin müdaxilənin bir parçası olan texniki problem yaradılması üzündən suallara cavabları bildiyi halda, imtahan prosesini normal qaydada başa vura bilməmiş, nəzarətçilərə etdiyi şikayətlərə isə əhəmiyyət verilməyib. Kompüterdə işarələyib cavabları müəyyən olunmuş qaydada təsdiq edib göndərmədiyi, ayrılmış vaxt isə bitmədiyi halda, ona keçid balından aşağı bal topladığı barədə elə imtahan zamanı cavab gəldi. Axı vaxt hələ bitməyibsə, başlıcası isə işarələdiyi cavabları təsdiqləməmişsə, necə qiymətləndirib ona cavab verilə bilərdi? Sertifıkasiya imtahanı zamanı qanun pozuntularına yol verilməsi barədə faktları sosial şəbəkələrdə yayılmış və geniş müzakirələrə səbəb olmuş səs yazıları da təsdiq edir. Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən illərdir müəllimlərə təlim keçirilməsi üçün cəlb olunmuş, həmin Nazirliklə geniş əlaqələrə malik olması heç bir şübhə doğurmayan Əfsanə Abdullayevə adlı şəxsə məxsus həmin audio yazısında etiraf edilir ki, imtahan keçirilən bütün məkanlarda imtahan nəzarətçiləri tamamilə ələ alınıb, bu məsələdən bütün regional təhsil idarələrinin xəbəri və iştirakı olub. Daha sonra, qeyd edilən audio yazıda o, həmin əlaqələrindən istifadə edərək sertfikatlarşdırma imtahanları üçün təlim keçməsi məqsədi ilə ona müraciət etmiş müəllimlərin hamısının, həmçinin təlim keçməsə də, başqa şəxslər vasitəsi ilə yenə ona müraciət etmiş digər müəllimlərin setifikatlaşdırma imtahanlarından uğurla keçirilməsinə nail olunduğunu, əvəzində rüşvət alındığını, həmin məbləğlərin bu işdə iştirak etmiş şəxslər arasında bölüşdürüldüyünü etiraf edir. Sual olunur: belə vəziyyətdə onun təhsilverən kimi bilik səviyyəsi imkan versə də, lazımi şərait yaradılmadığından tələb olunan balı necə toplaya bilərdi? Bu və bu kimi məsələləri aydınlaşdırmaq üçün ona aid hissədə imtahan prosesini çəkmiş videogörüntülərə baxış keçirmək məqsədlilə AR Elm və Təhsil Nazirliyinə dəfələrlə etdiyi müraciətlərə cavab olaraq, nəhayət dəvət əsasında 05 iyul 2024-cü il tarixdə qohumu X3 ilə birlikdə Sabirabad şəhərində yerləşən Mil- Muğan Regional Təhsil İdarəsində olmuşdur. Burada imtahan prosesinin ona aid hissəsinin cəmi 12 dəqiqəsinin videogörüntüsünə baxmaq imkanı oldu. Baxış zamanı aşağıdakı faktları aşkar edildi: Əvvəla, Təhsil İdarəsi əməkdaşlarının da gözünün qarşısında suallara təkrar münasibət bildirib düzgün cavabları qeyd etdi. Onlara da aydın oldu ki, o, suallların cavablarını düzgün vermək üçün lazımi bilik səviyyəsinə malik olmuşdur. Digər tərəfdən, baxış zamanı rastlaşdıqları bir çox suallara cavabların ona məxsus olmadığını, tamam başqa cavab variantını seçdiyi halda, fərqli cavabların xəbəri olmadan işarələndiyini müəyyən etdi. İkincisi, baxış prosesində istifadə etdiyi kompüterdə kiminsə kölgəsi aydın görünürdü və belə təəssürat açıq yaranırdı ki, suallara cavab verərəkən onunla paralel olaraq başqası da həmin kompüterdən istifadə edir. Bu, onun kompüterinə təhsil mafiya şəbəkəsinin haker müdaxiləsi təşkil etməsi deyilsə, bəs nədir? Qeyd edir ki, onun aşkar edilən faktlar barədə qeydlər apardığını görən Təhsil İdarəsinin müdiri Rəşad Musayev kobud şəkildə cəld yaxınlaşaraq videogörüntünün davamına baxmaq imkanı vermədi. Beləliklə, 2 saatlıq imtahanın cəmi videogörüntüsünə 12 dəqiqədən artıq baxmağa mane oldular. Kim bilir baxsaydıq, daha nələr aşkar oluna bilərdi. Yeri gəlmişkən, məhkəmə qarşısında vəsatət qaldırır və 08 iyun 2024-cü il tarixdə iştirak etdiyi sertifıkasiya imtahanının ona aidi hissəsinin videogörüntüsünün məhkəməyə gətirilib baxış keçirilməsini xahiş edir. Ona görə də cavabdeh tərəfindən bu hallar nəzərə alınmadan və araşdırılmadan işdən azad edilməyi yuxarıda da göstərdiyi kimi, qanunsuz və əsassızıdır. Qeyd etdiklərini təsdiq etmək üçün sübutları vardır. Bu sübutların sırasında Əfsanə Abdullayevanın səs yazısının əks olunduğu diski, imtahanda iştirak etmiş və prosesin qanun pozuntuları ilə keçirilməsini müşahidə etmiş və şahid olmuş müəllimləri qeyd edə bilər. Məhkəmə gedişində həmin şahidlərini dindirilmək üçün təqdim edəcəkdir. Bundan əlavə göstərdiyi kimi, imtahanın ona aid hissəsini qeydə almış videogörüntülər də onun sübutları arasında xüsusi əhəmiyyətə malikdir ki, bu barədə də həmin iddia ərizəsində artıq vəsatət qaldırmışdır. Eyni zamanda bildirir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən hallrda işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi onun vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulub. Belə ki, həmin maddədə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər” ifadəsindən istifadə olunub. Burada “ləğv edilməlidir” sözlərinin əvəzinə “ləğv edilə bilər” sözlərindən istifadə olunması onu təsdiq edir ki, qanunverici bunu işəgötürənə vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, bu hüquqdursa, işəgötürən ondan istifadə edə də bilər, etməyə də bilərdi və demək, hər şey onun öz mülahizəsinə görə səlahiyyətindədir. Belə olduğu halda, konkret söyləsə, daha yüksək hüquqi qüvvəyə malik AR Əmək Məcəlləsindən daha aşağı hüquqi qüvvəyə malik AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 saylı əmrində işçinin işdən azad olunmasının işəgötürən olan məktəb direktorlarının üzərinə vəzifə kimi qoyulması qeyd etdiyi əmək qanunvericiliyinin kobud surətdə pozulmasıdır. Çünki bu qanunsuz əmrin qəbul olunması cavabdehi onu işdən azad etməyə məcbur edib. Hesab edir ki, cavabdeh məktəb direktorunun həmin qanunsuz əmrə istinad etməsi, iştirak etdiyi imtahanın qüsur və nöqsanlarla keçirilməsini, həmçinin məktəbdə çalışdığı dövrdə iş göstəricilərinin yüksək olmasını nəzərə almadan əmək müqaviləsinə xitam verməsi ədalətsiz və qanunsuzluqdur. Ona görə də bildirir ki, cavabdeh məktəb direktorunun 27 iyun 2024-cü il tarixli, 31 saylı əmri ləğv edilməli və o, qanunla əvvəlki işinə bərpa olunmalıdır. Məlumat üçün bildirir ki, həmin iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Qüvvədə olan müvafiq qanunvericiliyin tələblərini nəzərə alaraq, mediasiya prosesindən keçmək üçün 1 saylı X2 müraciət etmişdir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci maddəsinə əsasən bu tələb üzrə dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 iddia tələbinə etiraza uyöun izahat verərək bildirmişdir ki, iddia əsassızdır, hazırda İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışır. Sertifıkasiya imtahanı zamanı keçmədiyinə görə əmək müqaviləsinə xitam verilib. Odur iddia əsassız olduğundan iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iddia tələbinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 tərəfindən verilmiş etirazda göstərilmişdir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyənolunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən verilmiş etirazda göstərilmişdir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyənolunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Əlavə olaraq İddiaçı müraciətinə əsasən icraatınızda olan 2(036)-1816/2024 nömrəli iş üzrə Mil-Muğan Regional Təhsil İdarəsi cavabdeh qismində cəlb olunmuş və xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclası zamanı İddiaçı təkrar sertifikatlaşdırma prosesinin video görüntüsü məhkəməyə təqdim olunmuşdur. xx.xx.2024cü il tarixdə keçirilmiş hazırlıq iclası zamanı İddiaçı vətəndaş X1 işə şahid qismində cəlb olunmasını xahiş etmişdir. Bildiririk ki, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına tam orta məktəbin sabiq ibtidai sinif müəllimi vətəndaş X3 “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına tam orta məktəbin cavabdeh qismində iştirakını və İddiaçı L.R.Nəcəfquliyevanın baldızı olmasını nəzərə alaraq sonuncunun şahid qismində bitərəf mövqedən çıxış etməsi inandırıcı deyil. Qeyd olunanlar nəzərə alınaraq X1 iş üzrə şahid qismində cəlb olunması ilə bağlı vəsatətin və İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq əmr edimiş ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertikikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı Tofiq qızı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilsin. - İddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən (əmr xx.xx.2008-ci il tarixli, № 13) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsin qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə (əmr xx.xx.2024-cü il tarixli, № 31) təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. - Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırma imtahanın test mərhələsinin video görüntülərinə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, imtahan zamanı onun nəticələrinə mənfi təsir göstərə biləcək və iddiaçının iddia ərizəsində göstərdiyi heç bir hadisə baş verməmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Hazırda iddiaçı işdən çıxarılmasına dair əmrin əsassız olduğunu, lazım olan keçid balını toplaya bilməməyinin səbəbi həmin imtahanın keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi və ona normal imtahan şəraitinin yaradılmaması, bundan əlavə, nəticələrinin saxtalaşdırılması ilə bağlı iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə iddianı qəbul etməyərək, iddiaçının xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsinin qanuni və əsaslı olmasına istinad edərək iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən: 1.Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 2.Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 3.İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən: 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.2. Sertifikatlaşdırmanın keçirilməsi yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları (fənləri) Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır. 3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir. 3.6. Təhsilverən sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikatlaşdırmadan kənarlaşdırılır. Təhsilverən tərəfindən bu Qaydanın tələblərinin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. 3.13. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İş materialları və işin faktiki hallarından da göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi barədə əmri qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının iddia ərizəsində iddia etdiyi və təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələrinə mənfi təsir göstərəcə biləcək hallar müəyyən edilməmişdir. İddiaçı təkrar sertifikatlaşdırma imtahanın test mərhələsində keçid balını toplaya bilməməsini onunla əsaslandırmışdır ki, lazım olan keçid balını toplaya bilməməyinin səbəbi həmin imtahanın keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi və ona normal imtahan şəraitinin yaradılmaması, bundan əlavə, nəticələrinin saxtalaşdırılması ilə bağlı olmuşdur. İştirak etdiyi 08 iyun 2024-cü il tarixli sertifıkasiya imtahanında aşağıdakı qanun pozuntularına yol verilməsi, göstərdiyi kimi, bilik və bacarıq səviyyənin imkan verməsinə və əslində tələb olunan keçid balını topladığına baxmayaraq, qiymətləndirimə zamanı hüquqlarının pozulması ilə nəticələnib: Sertifıkasiyanın test imtahan prosesi zamanı istifadə etdiyi kompüterə kənardan haker müdaxiləsi təşkil edilib. Belə ki, müəyyən vaxtdan sonra, yəni artıq bir xeyli suallarla tanış olub, onlara cavab verdiyi vəziyyətdə həmin kompüter qəflətən qaralaraq söndü, sonra isə təkrar bərpa olundu. Bərpa olunduqdan sonra isə aşağıdakı vəziyyətlə üzləşdi: Kompüter bərpa olunduqdan sonra suallara və cavablara bir daha nəzər yetirəndə əvvəlki sualların bir qisminin dəyişdirildiyini, buna görə də həmin suallara cavablarının artıq adekvat olmadığını, bəzi suallar qalsa da, cavabların silindiyini, bundan əlavə, bir sıra suallar olub ki, əvvəl başqa cavab variantını seçsə də, kompüter yenidən aydınlaşdıqdan sonra iradəsindən asılı olmayaraq, yanlış və seçmədiyi variantların işarələndiyini aşkar etdi. Bundan başqa, bərpa edildikdən sonra istifadəsində olan kompüterdə kursor oxunun “siçan”a tabe olmaması və əməliyyat komandaları verməyin mümkün olmamasından ibarət problem yarandı və nəticədə suallara cavabları işarələmək imkansız oldu. O, dərhal imtahan nəzarətçilərinə və orada olan kompüter mütəxəssislərinə müraciət etmiş, nəzərlərinə istifadəsində olan kompüterin yanıb-söndüyünü, bundan sonra suallar və cavablarla bağlı yuxarıda göstərdiyi vəziyyətin yarandığını, habelə kompüterdə olan nöqsanın bundan sonrakı fəaliyyətinə maneəçilik törətdiyini çatdırıb, kömək istəmişdir. Həmin hallar ona ayrılmış vaxtın böyük bir hissəsinin itirilməsinə, prosesi sıfır vəziyyətindən yenidən başlamağına səbəb oldu. Beləliklə, kompüterinə müdaxilə olunması, həmçinin həmin müdaxilənin bir parçası olan texniki problem yaradılması üzündən suallara cavabları bildiyi halda, imtahan prosesini normal qaydada başa vura bilməmiş, nəzarətçilərə etdiyi şikayətlərə isə əhəmiyyət verilməyib. Kompüterdə işarələyib cavabları müəyyən olunmuş qaydada təsdiq edib göndərmədiyi, ayrılmış vaxt isə bitmədiyi halda, ona keçid balından aşağı bal topladığı barədə elə imtahan zamanı cavab gəldi. Halbuki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırma imtahanın test mərhələsinin video görüntülərinə məhkəmə iclasında baxış zamanı imtahan prosesində onun nəticələrinə mənfi təsir göstərə biləcək və iddiaçının iddia ərizəsində göstərdiyi heç bir hadisə baş verməmişdir. İmtahan zamanın iddiaçı öz iradəsinə uyöun şəkildə düzgün hesab etdiyi cavabları işarələmiş və komputer tərəfində müvafiq əmrlər qeydiyyata alınmışdır. Hətta iddiaçı iddia etdiyinin əksinə, imtahanın 46-cı dəqiqəsində iddiaçı komputerdə kalkulyatordan istifadə etmək qaydasını nəzarətçilərdən soruşmuş və nəzarətçilər tərəfindən ona müvafiq kömək göstərilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi, guya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikatlaşdırma imtahanları ilə ələqədar neqativ halların olması və bu halların məhz onun subyektiv hüquq və azadlıqlarını pozması və ya məhdudlaşdırması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinə qarşı “xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar