Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-183/2024 13.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İmişli regional Maraqlı şəxsndə notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 və mərhum anası X1 qalmış mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin iştirakı olmadan işə baxılması qeyri-mümkündür və bu səbəbdən də, ərizə baxılmamış saxlanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlaılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəçi tərəfindən ərizə üzrə xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi baxılmamış saxlandığına görə ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizə üzrə xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(036)-183/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-183/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver