Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-186/2023 17.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 20 mart 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində anadan olması, ata qrafasında X3 və ana qrafasında X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, o, 20 mart 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində anadan olmuşdur. Hazırda onun şəxsiyyət vəsiqəsi var. Lakin o, şəxsiyyət vəsiqəsini sovet pasportunun əsasında almışdır. O, ferma şəraitində doğulduğundan səhlənkarlıq ucbatından doğum sənədi və doğum haqqında şəhadətnamə götürülməmişdir. Onun atası X3 anası X1 olub. Hər iki valideyini vəfat etmişdir. O, doğum haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibbi sənədlə təsdiq olunmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum faktını təsdiq edən sənəd olmadığından onun pensiyası düzgün hesablanmır və ondan doğum haqqında şəhadətnamə tələb olunur. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi 20 mart 1954-cü il tarixdə ferma şəraitində doğulmuş və hər il Novruz bayramlarında doğum gününü qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 həmçinin izahatında X2 20 mart 1954-cü il tarixdə ferma şəraitində doğulduğunu təsdiq etdi. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində anadan olmuşdur. Ərizəçi xx xxxx 1954-cü ildə deyil, 20 mart 1954-cü ildə doğulduğunu təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-186/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-186/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver