Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1867/2025 08.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi maraqlı şəxs İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 xx.xx.1939-cu ildə İmişli rayonu, Qızılkənd kəndində doğulmağı faktının müəyyən edilməsi, doğum akt qeydində atasının X8, anasının X13 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, babası X6 xx.xx.1939-cu ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş, 02.01,2008-ci ildə İmişli rayonunun Qızılkəndı kəndində vəfat etmişdir. X3 1-ci Dünya müharibəsi illərində vəfat etmiş, anası X13 isə oğlu Fətəli Ələsgərovla birgə yaşamış, aqrar islahatı aparılan dövrdə xx.xx.1998-ci ildə vəfat etmişdir. X2 və anası X7 və ailələrinin ümumi birgə mülkiyyətinə aqrar islahatı zamanı İmişli rayonunun Qızılkənd kəndində torpaq payı verilmişdir. Mərhumlardan torpaq sahəsi miras qalmışdır. X27 Xidmət Mərkəzinin Notariat ofisində notariusa mərhum babasının mirası ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Bildirmişdir ki, X13 ilə onun X2 qohumluq, ana-bala olmaları faktı müəyyən edilməlidir. Buna görə onun doğum sənədi də olmalıdır. Qeydiyyat şöbəsində babasının doğum akt qeydinin olmaması barədə arayış verilmişdir. Ona görə faktın müəyyən edilməsi üçün ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün zəruridir. Mərhumların yaşayış yeri üzrə icra nümayəndəliyi onların ana-bala olması barədə arayış verilmişdir. Bu faktı şahidlər təsdiq edə bilərlər. Mərhum babasının doğum haqqında şəhadətnaməsi və akt qeydi olmadığından bu faktın məhkəmədənkənar müəyyən edilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli Regional Maraqlı şəxs Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, X4 valideyinləri - X3, anası Ələsgərova Tutayı olmuşdur. X5 doğum tarixini xatırlamadığını bildirmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 21 noyabr 2024-cü il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, XVİ-JQ nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi İmişli şəhərində anadan olmuşdur. Ata qrafasına X14, ana qrafasına X9 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-5/69-358 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomtlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.1998-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. X13 öldüyü xx.xx.1998-ci il tarixədək subay olmuşdur. İş materiallarında olan “Vətəndaşlıq vəziyyəti aktları” avtomtlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarışdan görünür ki, X13 1910-cu il tarixdə doğulmuş, xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Ailə vəziyyəti evli olmuşdur. İş materiallarında olan “Vətəndaşlıq vəziyyəti aktları” avtomtlaşdırılmış qeydiyyat informasiya sistemindən çıxarışdan görünür ki, X6 xx.xx.1939-cu il tarixdə doğulmuş, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Ailə vəziyyəti evli olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X11 adına İmişli rayonu, Qızılkənd kəndi ünvanında xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli torpaq sahəsi mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/69-226 nömrəli ölüm haqqında arayışın surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə miokard infarktı xəstəliyi səbəbindən İmişli rayonu, Qızılkənd kəndində vəfat etmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48- 22RA/2-180/2024 nömrəli məktubundan görünür ki, İmişli rayon Dövlət X1 mühafizə olunan sənədlərində (1936-1948-ci illərin) onun doğum haqqında akt qeydi aşkarlanmamışdır. Əsaslandırıcı hissə: Ərizəçi mərhum X2 xx.xx.1939-cu ildə İmişli rayonu, Qızılkənd kəndində doğulduğu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. MPM-nin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Məhkəmə xeyrinə iddia qaldırılmış Ərizəçi mənafeyini və verilmiş ərizənin onun hüquq və azadlıqlarının müdafəsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi mərhum X2 həqiqətən də xx.xx.1939-cu il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadələri və təqdim olunmuş tibbi sənədlər əsasında öz təsdiqini tapır. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı şəxsin doğumunu təsdiq edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X12 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin mərhum X2 xx.xx.1939-cu il tarixdə anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi mərhum X2 xx.xx.1939-cu il tarixdə İmişli rayonu, Qızılkənd kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin qardaşının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X2 xx.xx.1939-cu ildə İmişli rayonu, Qızılkənd kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında X8, milliyəti azərbaycanlı, ana qrafasında isə X13, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 xx.xx.1939-cu ildə İmişli rayonu, Qızılkənd kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. X4 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1939-cu il, doğum yeri qrafasında – İmişli rayonu, Qızılkənd kəndi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X8, milliyəti - azərbaycanlı, ana qrafasında - X13, milliyəti azərbaycanlı məlumatları qeyd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1867/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1867/2025
08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver