Məhkəmə qərarları › İş №2(036)-1897/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1897/2021

18.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1897/2021 18.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2nın Cavabdeh qarşı qeydiyyatda olduqları evə yaşayış hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı və sahiblik etdiyi İmişli şəhər, N.Şirinov küçəsi 7 saylı ünvanda yerləşən yaşayış evinə yaşayış hüquqlarını tanımaqla həmin fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. O, 30 sentyabr 1977-ci ildə X2 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. 01 oktyabr 1978-ci ildə İddiaçı2 doğulmuşdur. O, anadangəlmə xəstədir, əlildir. Oğlu Cavabdeh da onların himayəsində yaşayırdı. Birgə nikah dövründə İmişli şəhər Sovetinin 22 sentyabr 1981-ci il tarixli qərarı ilə ərinin adına 3 sot həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində əri və uşaqları ilə hazırda İmişli şəhər, N.Şirinov küçəsi 7 saylı ünvanda yerləşən 2 otaqlı birmərtəbəli evdə yaşamışlar. Evə 15 iyun 1988-ci ildə Qeydiyyat vəsiqəsi verilmişdir. X1 25 fevral 2017-ci ildə tarixdə vəfat etmişdir. Oğlu Cavad il yarım bundan əvvəl Nahidə adlı qızla evlənmişdir. Oğlu, gəlini habelə oğlunun qaynanası Zahidə onlara gün vermir. Onları döyür, təhqir edir, incidir. 2021-ci ilin Novruz bayramında onları evdən çıxartmışdırlar. Kirayədə qalmaq məcburiyyətində qalmışlar. Oğlu onları evə buraxmır hədələyir. Cavabdehlə aralarında olan mənzil mübahisəsini məhkəmədənkənar həll edə bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 işin hallarına dair İddiaçı1 izahatında qeyd olunan xüsusatlara uyğun izahat verərək iddianı müdafiə etdi və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, anası İddiaçı1 və bacısı İddiaçı2nın qeydiyyatda olduqları İmişli şəhər, N.Şirinov küçəsi 7 saylı fərdi yaşayış evinə köçürülmələrinə etiraz etmir. Məhkəmə iddaçıları və cavabdehi dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşadığı və sahiblik etdiyi İmişli şəhər, N.Şirinov küçəsi 7 saylı ünvanda yerləşən yaşayış evinə yaşayış hüquqlarını tanımaqla həmin fərdi yaşayış evinə köçürülmələrini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2nın İmişli şəhər, N.Şirinov küçəsi 7 saylı ünvanında yerləşən yaşayış evinə yaşayış hüquqları tanımaqla həmin fərdi yaşayış evinə köçürülməlidirlər. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2nın İmişli şəhər, N.Şirinov küçəsi 7 saylı ünvanda yerləşən yaşayış evinə yaşayış hüquqları tanınsın və onlar həmin fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar