Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-190/2025 06.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Ərizəçi, Maraqlı şəxs X10 iştirakı ilə, Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X7 anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yeri İmişli rayonu, Xubyarlı kəndi yazılması, doğum akt qeydində atasının X20, anasının Ərizəçi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X20 maraqlı şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdə X20 ilə faktiki nigah münasibətinə girərək ər-arvad kimi yaşamışdır. Onların faktiki nigahlarından xx.xx.2018-ci il tarixdə X21, xx.xx.2020-ci il tarixdə X22 və xx.xx.2022-ci il tarixdə X15 adlı üç uşaqları anadan olmuşdur. Qeyd edir ki, maddi imkansızlıq ucbatından hər üç uşaqları ev şəraitində anadan olmuşdur. Hazırda uşaqlar məktəbə baxçaya getməlidirlər, lakin onların doğum haqqında sənədləri olmadığı üçün gedə bilmirlər. O, uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün İmişli Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir və Qeydiyyat şöbəsində bildirilmişdir ki, bunun üçün doğum haqqında tibbi şəhadətnamə olmalıdır ya da məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Bildirir ki, uşaqları X11 xx.xx.2018-ci il tarixdə, X12 xx.xx.2020-ci il tarixdə və X7 xx.xx.2022-ci il tarixdə anadan olmasını və onların atasının X23masını və onunla birgə yaşamasını şahidlər təsdiq edə bilərlər. Ona görə də uşaqları X11 xx.xx.2018-ci i tarixdə, X12 xx.xx.2020-ci il tarixdə və X7 xx.xx.2022-ci il tarixdə anadan olması faktı müəyyən edilməli, doğum sənədində ataları X20, anaları X16, doğum yeri yaşayış yerləri üzrə İmişli rayonu, Xubyarlı kəndi yazımalıdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs X20 övladlarına sənəd verilməsinə və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli regional Maraqlı şəxs Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Səfa Baxış məhkəməyə məktubla müraciət edərək bildirmişdir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə üzürlü səbəbdən iştirak edə bilməməsini və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ərizəçi – Ərizəçi anasıdır. O, ifadəsində bildirir ki, nəvələri xx.xx.2018-ci il təvəllüdlü X21, xx.xx.2020-ci il təvəllüdlü X22 və xx.xx.2022-ci il təvəllüdlü X1 rayonu, Xubyarlı kəndində anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 24 sentyabr 2024-cü il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/69-447 saylı arayışından görünür ki, X20 12 sentyabr 1995-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuşdur. X3, anası X14 qeyd edilmişdir. İş materiallarında olan İmişli RİHB-nın İmişli rayon Məzrəli kənd İƏD üzrə nümayəndəli tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 53,12-13/1/656 saylı arayışdan görünür ki, Ərizəçi ailə üzvləri əri X20, oğlu X21, qızı X22 və X5 ibarətdir. İş materiallarında olan X8, X6, X9 və X2 iştirakı ilə İmişli rayon RİHB-nın İmişli rayon Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, X20 və X13 xx.xx.2018-ci il tarixdə övladları X21, xx.xx.2020-ci il tarixdə X22 və xx.xx.2022-ci il tarixdə isə X7 anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X20 övladları, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X7 ata qrafasında onun adının yazılmağına etirazı olmadığını bildirib. Əsaslandırıcı hissə: Ərizəçi övladları X11 xx.xx.2018-ci il tarixdə, X12 xx.xx.2020-ci il tarixdə və X7 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində anadan olduğunu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi uşaqları - X21 xx.xx.2018-ci il tarixdə, X22 xx.xx.2020-ci il tarixdə və X15 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində ataları X20 olmaqla doğulmuşlar. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadələri və təqdim olunmuş sənədlər əsasında öz təsdiqini tapır. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı şəxsin doğumunu təsdiq edən tibbi şəhadətnamə olmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumları olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X2 ifadəsi mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin övladlarının X21 xx.xx.2018-ci il tarixdə, X22 xx.xx.2020-ci il tarixdə və X15 xx.xx.2022-ci il iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi övladları X21 xx.xx.2018-ci il tarixdə, X22 xx.xx.2020-ci il tarixdə, X15 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin uşaqlarının doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi övladları X11 xx.xx.2018-ci il tarixdə, X12 xx.xx.2020-ci il tarixdə, X7 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində anadan olması faktının müəyyən edilməsi doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında X20, milliyəti azərbaycanlı, ana qrafasında isə Ərizəçi, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi övladları X11 xx.xx.2018-ci il tarixdə, X12 xx.xx.2020-ci il tarixdə, X7 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Xubyarlı kəndində doğması faktı müəyyən edilsin. X11 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.2018-ci il, doğum yeri qrafasında – İmişli rayonu, Xubyarlı kəndi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X20, milliyəti - azərbaycanlı, ana qrafasında - Ərizəçi, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. X12 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.2020-ci il, doğum yeri qrafasında – İmişli rayonu, Xubyarlı kəndi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X20, milliyəti - azərbaycanlı, ana qrafasında - Ərizəçi, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. X7 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.2022-ci il, doğum yeri qrafasında – İmişli rayonu, Xubyarlı kəndi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X20, milliyəti - azərbaycanlı, ana qrafasında - Ərizəçi, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi uşaqları - X11, X12, X7 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-190/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-190/2025
06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver