Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1990/2024 28.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, İddiaçı cavabdehlər İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdeh tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Ərizənin və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü i tarixli əmrini mübahisələndiriləsə də, həmin əmr iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən həmin əmrin əldə edilməsinin mümkünsüzlüyü və bunun səbəbləri barədə dəlillər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddianın predmeti və qiyməti, ərizəçilər və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər İmişli şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-1990/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1990/2024
28.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver