Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1995/2020 07.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1990-1996-cı illərdə İmişli rayonunun Qaravəlli, 1997-1999-cu illərdə isə İmişli rayonunun İ.Qayıbov adına kolxozunda işləyib əmək haqqı alması barədə İmişli rayon Dövlət Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli 23 saylı arayışın ona məxsus olması və 1974-1989-cu illərdə İmişli rayonunun Komsomol kolxozunda işləməsi və sosial sığorta stajının olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 1974-1989-cu illərdə İmişli rayonunun Komsomol kolxozunda, 1990-1996-cı illərdə İmişli rayonunun Qaravəlli, 1997-1999-cu illərdə isə İmişli rayonunun İ.Qayıbov adına kolxozunda işləmişdir. 1990-1996-cı illərdə İmişli rayonunun Qaravəlli, 1997-1999-cu illərdə isə İmişli rayonunun İ.Qayıbov adına kolxozunda işləməsi İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 23 saylı arayışı ilə təsdiq olunur, 1974-1989-cu illərdə İmişli rayonunun Komsomol kolxozunda işləməsinə dair sənədlər Dövlət arxivinə təhvil verilməmişdir. Hazırda o, həmin kolxozda işləməsi barədə sənədləri başqa qaydada əldə edə bilmir. Bu isə onu əmək pensiyası almaq hüququndan məhrum edir. Ona görə də sosial sığorta stajının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Əmək və X4 Nazirliyi yanında Dövlət X6 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu izahatında ərizəçinin əmək fəaliyyətini təsdiq edən sənədlərin olmadığını bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, 1976-cı ildən 1990-cı ilə kimi İmişli rayonunun Komsomol kolxozunda işləmişdir. Ərizəçi da həmin illərdə onunla birlikdə Komsomol kolxozunda işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, 1975-1990illərdə İmişli rayonunun M.B.Qasımov və Yusif Şirinov adına kolxozlarda işləmişdir. Ərizəçi da 1989-cu ildən onunla birlikdə M.B.Qasımov adına sonra isə Yusif Şirinov adına kolxozlarda işləmişdir. 1992-ci ildə o, öz ərizəsi ilə işdən azad olunmuş, lakin Ərizəçi işləməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 1995- 1997-ci illdərdə İmişli rayonunun Komsomol kolxozunda işləmişdir. Onun işlədiyi dövrdən də əvvəl Ərizəçi onunla birlikdə 1989-cu ilə qədər həmin kolxozda işləmişdir. Məhkəmə ərizəçinin, şahidlərin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşə əlavə edilmiş seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İşə əlavə edilmiş İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 23 saylı arayışına əsasən Ərizəçi 1990-1996-cı illərdə İmişli rayon Qaravəlli adına, 1997-1999-cu illərdə isə İ.Qayıbov adına kolxozunda işləmişdir. Məhkəmə qeyd edir ki, ərizəçidə həmin faktı təsdiq edən sənəd mövcud olduğundan və həmin sənədin ona məxsus olmasına dir sübhələr olmadığından, sənədin ona məxsus olması faktının və yə həmin illərə dair əmək fəaliyyətinin müəyyən edilməsinə lüzum yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Həmçinin İmişli rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 23 saylı arayışına əsasən İmişli rayon Komsomol kolxozunun 1974-1989-cu illərə dair sənədləri isə Dövlət Arxivində saxlanılmır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 1974-1989cu illərdə İmişli rayonunun Komsomol kolxozunda işləməsi faktı müəyyən edilməklə sosial sığorta stajı bərpa edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 1974-1989-cu illərdə İmişli rayonunun Komsomol kolxozunda işləməsi faktı müəyyən edilsin və həmin illər sosial sığorta stajına daxil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə X1 apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1995/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1995/2020
07.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver