Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-207/2021 12.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının nümayəndəsi: X2, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin nümayəndəsi (direktoru): X3 iştirakı ilə, İddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı onun qızıdır və ali təhsillidir. O, 15 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə “kitabxanaçı” vəzifəsinə işə götürülmüşdür. İşlədiyi müddət ərzində nizam-intizama əməl etmiş və işində heç bir qanun pozuntusuna yol verməmişdir. Lakin həmin məktəbin direktoru X3 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-09-434/13 saylı, 20 may 2020-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-09- 434/13 saylı, 20 may 2020-ci il tarixli məktubunda iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının üzrsüz səbəbdən işə çıxmadığı üçün işdən azad ediməsi qeyd edilmişdir. Halbuki, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızına həmin məktəbin direktoru X3 13 saylı, 19 mart 2020-ci il tarixli əmri ilə 19 mart 2020-ci il tarixdən etibarən 19 iyul 2020-ci il tarixədək 126 (yüz iyirmi altı) təqvim günü (hamiləliyə və doğuşa görə) analıq məzuniyyəti verilmişdir. Bundan başqa, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı bir neçə dəfə müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi üçün işdə olmamış və buna dair əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-09-434/13 saylı, 20 may 2020-ci il tarixli məktubu əsasında “əmək müqaviləsinə xitam verilməsi haqqında” 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri Azərbaycan Respublikasının əmək qanunvericiliyinin normalarına zidd olaraq qəbul edilmiş və iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının “işçi” kimi əmək hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 “əmək müqaviləsinə xitam verilməsi haqqında” 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının “kitabxanaçı” ştatı üzrə işə bərpa edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X5 izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru vəzifəsində işləyir. İddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı isə 15 sentyabr 2008-ci il tarixdə həmin məktəbə “kitabxanaçı” vəzifəsinə işə götürülmüşdür. Lakin onun 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində yerində araşdırma aparılmış və yoxlama nəticəsində bir neçə nöqsan aşkar edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparat rəhbəri Muxtar Məmmədovun 05-09-434/13 saylı, 20 may 2020-ci il tarixli məktubunda iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının üzrsüz səbəbdən işə çıxmadığı üçün işdən azad ediməsi qeyd edilmişdir. Bu səbəbdən də, 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızına 13 saylı, 19 mart 2020-ci il tarixli əmr ilə 19 mart 2020-ci il tarixdən etibarən 19 iyul 2020-ci il tarixədək 126 (yüz iyirmi altı) təqvim günü (hamiləliyə və doğuşa görə) analıq məzuniyyəti verilmişdir. Bundan başqa, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı bir neçə dəfə müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi üçün işdə olmamış və buna dair əmək qabiliyyətinin olmaması vərəqəsi mövcuddur. Bütün bunları nəzərə alaraq, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə qarşı irəli sürdüyü “əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ******* №-li əmək kitabçasının surətindən görünür ki, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı 32 saylı, 15 sentyabr 2008-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə “kitabxanaçı” vəzifəsinə təyin edilmiş və 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 13 saylı, 19 mart 2020-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” vəzifəsində işləyən işçi Əzimova (Ələkpərova) Lalə Yolçu qızına 13 saylı, 19 mart 2020-ci il tarixli əmr ilə 19 mart 2020-ci il tarixdən etibarən 19 iyul 2020-ci il tarixədək 126 (yüz iyirmi altı) təqvim günü (hamiləliyə və doğuşa görə) analıq məzuniyyəti verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 964924 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” vəzifəsində işləyən işçi Əzimova (Ələkpərova) Lalə Yolçu qızı əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün 16 dekabr 2019-cu il tarixdən etibarən 12 fevral 2020-ci il tarixədək və 13 fevral 2020-ci il tarixdən etibarən 15 fevral 2020-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-09-434/13 saylı, 20 may 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” vəzifəsində işləyən işçi Əzimova (Ələkpərova) Lalə Yolçu qızının üzrsüz səbəbdən işə çıxmadığı üçün işdən azad ediməsi qeyd edilmişdir. İş materiallarında olan 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 05-09-434/13 saylı, 20 may 2020-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” vəzifəsində işləyən işçi Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 01 sentyabr 2020-ci il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı 32 saylı, 15 sentyabr 2008-ci il tarixli əmr ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinə “kitabxanaçı” vəzifəsinə təyin edilmiş və 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” vəzifəsində işləyən işçi Əzimova (Ələkpərova) Lalə Yolçu qızına 13 saylı, 19 mart 2020-ci il tarixli əmr ilə 19 mart 2020-ci il tarixdən etibarən 19 iyul 2020-ci il tarixədək 126 (yüz iyirmi altı) təqvim günü (hamiləliyə və doğuşa görə) analıq məzuniyyəti verilmiş, eləcə də, əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün 16 dekabr 2019-cu il tarixdən etibarən 12 fevral 2020-ci il tarixədək və 13 fevral 2020-ci il tarixdən etibarən 15 fevral 2020-ci il tarixədək işdən azad edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi 05-09-434/13 saylı, 20 may 2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” vəzifəsində işləyən işçi Əzimova (Ələkpərova) Lalə Yolçu qızının üzrsüz səbəbdən işə çıxmadığı üçün işdən azad ediməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı (işçi) Əzimova (Ələkpərova) Lalə Yolçu ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh (işəgötürən) Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmrinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun verilib-verilməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, “işəgötürən” Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 “işçi” Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində həmin Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olması “imperativ norma” ilə tənzimlənmişdir. İşin faktiki hallarına, eləcə də, tərəflərə ünlanmış suallara əldə edilmiş cavablara əsasən məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 1. “işçi” Əzimova (Ələkpərova) Lalə Yolçu qızına 19 mart 2020-ci il tarixdən etibarən 19 iyul 2020-ci il tarixədək 126 (yüz iyirmi altı) təqvim günü (hamiləliyə və doğuşa görə) analıq məzuniyyəti verildiyi və 2. “işçi” Əzimova (Ələkpərova) Lalə Yolçu qızı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 16 dekabr 2019-cu il tarixdən etibarən 12 fevral 2020-ci il tarixədək və 13 fevral 2020-ci il tarixdən etibarən 15 fevral 2020-ci il tarixədək işdən azad edildiyi üçün üzrsüz səbəblərden deyil, məhz üzrlü səbəblərdən işdə olmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, “işçi” Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış əmək müqaviləsinin “işəgötürən” Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X5 tərəfindən ləğv edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallar, yəni işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması kimi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: “a” hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; “b” yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; “c” əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; “ç” işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; “d” həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; “e” öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; “f” məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır...Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləmək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən işçilərin nümayəndəli orqanı — əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri). Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əssən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun verilmədiyi üçün iddia təmin edilməli, iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri etibarsız hesab edilməli və iddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” ştatı üzrə işə bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı ilə bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbinin direktoru X3 21 saylı, 01 sentyabr 2020-ci il tarixli əmri etibarsız hesab edilsin. İddiaçı Əzimova (Ələkpərova) Lalə Yolçu qızı Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi İmişli şəhəri 8 saylı Tam Orta Məktəbində “kitabxanaçı” ştatı üzrə işə bərpa edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-207/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-207/2021
12.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver