Məhkəmə qərarları › İş №2(036)-2089/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2089/2020

29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2089/2020 29.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı X6 nümayəndəsi: X3, Cavabdeh: X5 iştirakı ilə, İddiaçı X6 cavabdeh X7 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdeh X7 qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi iddiaçı X11 onun qızıdır. Belə ki, iddiaçı X11 cavabdeh X10 ilə 2011-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların qeyri-rəsmi nikah münasibətləri xx xxxxx 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx xxxx 2012-ci ildə “Kənan” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət ərzində ər-arvad, ailə münasibətləri normal olmuşdur. Lakinbir müddət keçdikdən sonra ailə, ər-arvad münasibətləri pisləşməyə başlamışdır. Belə ki, Elvin Süsən xanıma bir həyat yoldaşı, xanım kimi hörmət bəsləməmiş və hər zaman ona qarşı soyuq münasibətdə olmuşdur. Ailədə tez-tez mübahisə, davadalaş salmış və dəfələrlə onu təhqir etmişdir. Bütün bunlara baxmayaraq, Süsən xanım ailə münasibətlərinin davam etdirilməsinə ümid etmişdir. Lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Artıq 1 (bir) ildir ki, onlar ər-arvad kimi birgə təsərrüfat aparmır, ərarvad, o cümlədən, ailə münasibətləri tamamilə pozulmuşdur, bərpasımümkün deyildir və bağlanmış rəsmi nikah formal xarakter daşıyır.Eyni zamanda bildirir ki, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan oğlan uşaqları X13 hal-hazırda iddiaçı X6 himayəsindədir. Süsən xanım heç bir yerdə işləmir, evdar xanımdır və maddi cəhətdən çətinlik çəkir. O, uşaqlarını saxlamaqda, onların gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Düzdür, Elvin ailəyə, o cümlədən, uşağa mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir və maddi imkanı daxilində uşağın gündəlik tələbatını ödəyir. Məhz, iddiaçı X11 cavabdeh X5 maddi imkanını nəzərə alaraq, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan oğlan uşaqları X1 üçün 130 (yüz otuz) AZN sabit pul məbləğində aliment tələb edir. Bütün bunları nəzərə alaraq,iddiaçı X11 ilə cavabdehX10 arasında bağlanmış xx xxxxx 2013-cüil tarixli rəsminikaha xitam verilməsi, birgə nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X9 iddaçı X6 himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh X5 qazancından 130 (yüz otuz) AZN sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o, iddiaçı X11 ilə 2011-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların qeyri-rəsmi nikah münasibətləri xx xxxxx 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 1 (bir) oğlan uşağı-xx xxxx 2012-ci ildə X13 anadan olmuşdur. Eyni zamanda bildirir ki, iddiaçı X6 nümayəndəsi X3 dedikləri heç də həqiqətə uyğun deyildir. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində mehriban ər-arvad, ailə münasibətləri olmuş, qarşılıqlı hörmət prinsipi əsasında mehriban ailə kimi bir yerdə yaşamış və ərarvad kimi birgə təsərrüfat aparmışlar. Lakinmüəyyən müddət keçdikdən sonra ailə, o cümlədən, ər-arvad münasibətlərimiz pisləşməyə başlamışdır. Düzdür, həm arvadı Süsən xanım, həm də özü bir insan kimi bir neçə səhvə yol vermişlər. Lakin bu ailənin dağılmasına əsas deyildir.Bununla yanaşı, o, hər zaman gənc ailəsini qorumuş və ailənin qayğıları ilə maraqlanmışdır. Buna baxmayaraq, artıq uzun müddətdir ki, onlar ər-arvad kimi birgə təsərrüfat aparmır, ər-arvad, o cümlədən, ailə münasibətləri pozulmuş, bərpasımümkün deyildir və bağlanmış rəsmi nikah formal xarakter daşıyır. Güman edirdi ki, məhkəmə tərəfindən barışmaqları üçün verilmiş 3 (üç) ay müddət ərzində hər hansı bir müsbət razılıq əldə ediləcək və dağılmaqda olan ailə münasibətləri bərpa olunacaqdır. Lakin məhkəmə tərəfindən barışmaqları üçün verilmiş 3 (üç) ay müddət ərzində heç bir müsbət nəticə əldə edilməmişdir.Eyni zamanda bildirir ki, birgə nikahlarından anadan olmuş oğlan uşaqları X13 ilə ünsiyyət saxlayır, bir valideyn kimi ona mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir və maddi imkanı daxilində onun gündəlik tələbatını ödəyir. Ümumiyyətlə, iddiaçı X6 ona qarşı irəli sürdüyü “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddianı qəbul edir. Belə ki, o, cavabdeh X11 ilə bağlanmış xx xxxxx 2013-cü il tarixli rəsminikaha xitam verilməsinə, birgə nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X9 cavabdeh X6 himayəsində qalmasına və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 130 (yüz otuz) AZN sabit pul məbləğində aliment tutularaq, cavabdeh X6 xeyrinə ödənilməsinə razıdır. Bütün bunları nəzərə alaraq, iddiaçı X6 ona qarşı “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddiasının təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahından anadan olmuş xx xxxx 2012-ci il təvəllüdlü X13 valideynləri boşandıqdan sonra anası X6 himayəsində qalmaq istədiyini bildirmişdir. Məhkəmə tərəflərinizahatını və tərəflərin birgə nikahından anadan olmuş uşağın fikrini dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdırıb və hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan AZ-İ 837363 №-li, xx xxxxx 2013-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X12 arasında xx xxxxx 2013-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 194 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 050384 №-li, xx xxxxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 birgə nikahından xx xxxx 2012-ci ildə “X13” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 3/671 saylı, 22iyun 2020-ci il tarixli rəyindən görünür ki, tərəflərin birgə nikahındanxx xxxx 2012-ci ildə anadan olmuş X9 iddiaçı (ana) X6 yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 ilə X11 rəsmi nikaha daxil olaraq, ailə qurmuş, onların birgə nikahından “Kənan” adlı 1 (bir) oğlan uşağı anadan olmuş, uşaqları yetkinlik yaşına çatmamış və hal-hazırda iddiaçı (ana) X6 himayəsindədir. Hal-hazırda tərəflər ər-arvad kimi birgə təsərrüfat aparmır, bağlanmış rəsmi nikah formal xarakter daşıyır və ailə münasiblətlərinin bərpası mümkün deyildir.Eyni zamanda, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tərəflərə barışmaqları üçün müəyyən edilmiş 3 (üç) ay müddət ərzində tərəflər arasında barışıq əldə edilməmiş və nikahın pozulmasına hər iki tərəf təkid edir. Bundan başqa, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını müəyyən edən saziş yoxdur. Bununla yanaşı, qəyyumluq və himayəçilik orqanının rəyinə əsasən uşağın ananın himayəsində qalması məqsədəmüvafiq hesab edilmiş, eləcə də, tərəflərin birgə nikahından anadan olmuş X13 valideynləri boşandıqdan sonra anası X6 himayəsində qalmaq istəyir. Bundan başqa, cavabdeh X10 iddiaçıX11 ilə bağlanmış rəsminikaha xitam verilməsinə, birgə nikahlarından xx xxxx 2012-ci ildə anadan olmuş X9 iddiaçı (ana) X6 himayəsində qalmasına və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 130 (yüz otuz) AZN sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 xeyrinə ödənilməsinə razıdır və ona qarşı irəli sürülmüş “nikaha xitam verilməsi, uşağın himayədə qalması və aliment” tələbinə dair iddianı qəbul edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2015-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, aliment alınması haqqında iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu meyarı üzrə 30 (otuz) manat məbləğində müəyyən edilməli və iddiaçı aliment tələbinə dair iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdeh X4 tutularaq, dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, 1.Tərəflər arasında bağlanmış rəsmi nikah formal xarakter daşıdığı, onların ər-arvad kimi birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyi, eləcə də, nikahın pozulmasına hər iki tərəf təkid etdiyi üçün tərəflər arasında bağlanmış rəsmi nikah pozulmalıdır. 2. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşağın fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığını,valideynlər boşandıqdan sonra uşağın ananın himayəsində qalmaq istəməsini, o cümlədən, uşağın ananın himayəsində qalması ilə bağlı qəyyumluq və himayəçilik orqanının rəyini və cavabdehin birgə nikahlarından anadan olmuş uşağın ananın himayəsində qalmasına etiraz etməməsini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X13 iddiaçı (ana) X6 himayəsində saxlanmalıdır. 3. Məhkəmə tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan oğlan uşağı X9 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, cavabdeh X5 uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, aliment verməyə borclu olan cavabdehin aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, eləcə də, iddiaçının uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh X5 qazancından xx xxxxxxx 2019-cu il tarixdən etibarən 130 (yüz otuz) AZN sabit pul məbləğində aliment tutulataq, iddiaçı X6 xeyrinə ödənilməlidir. Bundan başqa, cavabdeh X4 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X10 ilə X11 arasında bağlanmış və İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 194 № ilə qeyd edilmiş, xx xxxxx 2013-cü il tarixli nikah pozulsun. Тərəflərin birgə nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X13 iddiaçı X6 himayəsində saxlanılsın. Тərəflərin birgə nikahından xx xxxx 2012-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh X5 qazancından xx xxxxxxx 2019-cu il tarixdən etibarən 130 (yüz otuz) AZN sabit pul məbləğində aliment tutulataq, iddiaçı X6 xeyrinə ödənilsin. Cavabdeh X4 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamə qəbul edildikdən sonra qətnamənin “aliment” hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar