Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2121/2021 14.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X6 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh İmişli regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzülü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X1 qalmış İmişli şəhəri, H.Əliyev prospekti 207 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbinin üzürlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, atası X4 08 aprel 2002-ci il tarixdə vəfat etmişdir. İmişli şəhəri, H.Əliyev prospekti 207 ünvanında yerləşən fərdi yaşayış evi DƏDRX-dən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ ilə atasına məxsusdur. O, atasının sağ olduğu vaxtlardan həmin evdə yaşamış, lakin savadsız olduğuna görə atasının vəfatından 6 ay müddət ərzində notariat kontoruna mirası faktik qəbul etməsi barədə ərizə verməli olduğu bilməmişdir. Hazırda isə həmin müddəti ötürdüyündən vərəsəlik işinin açılmasından imtina olunmuşdur. Bu səbəbdən atasından qalan əmlakı öz adına rəsmiləşdirə bilmir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X9 məhkməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Doğum akt qeydindən çıxarışa əsasən Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə İmişli rayonunda anadan olmuşdur, atası X4, anası isə X3r. 05 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli DƏDR-dən çıxarışa əsasən İmişli şəhəri, H.Əliyev prospektində yerləşən 207 nömrəli fərdi yaşayış evi X2 mülkiyyətindədir. Ölüm haqqında akt qeydindən çıxarışa əsasən X4 01 may 2002-ci il tarixdə ölmüşdür. Ölüm haqqında akt qeydindən çıxarışa əsasən X5 10 mart 1995-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçı dinləyib, təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddiaçı Ərizəçi atası X2 ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilməli və İmişli şəhəri, H.Əliyev prospektində yerləşən 207 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın qəbulu müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Ərizəçi atası X2 ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilsin və İmişli şəhəri, H.Əliyev prospektində yerləşən 207 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2121/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2121/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver