Məhkəmə qərarları › İş №2(036)-2131/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2131/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2131/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 qarşı cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X1 arayışına əsasən şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmış Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İmişli şəhəri, M.Hüseyn küçəsi ev 54 saylı ünvanda Daşınmaz Əmlakın Dövlət Reyestrində 02 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış mənzili vardır. Bu mənzil onun xüsusi mülkiyyətindədir. Həmin ev yalnız ona məxsusdur və o, həmin evdə qeydiyyatdadır. Lakin İmişli rayon Polis şöbəsinin X1 “Yaşayış yeri üzrə qeydiyyat haqqında” verdiyi arayışdan məlum olmuşdur ki, həmin evdə ondan əlavə Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 adlı şəxslər də qeydiyyatdadırlar. O, həmin şəxsləri tanımır, ona məxsus evə necə qeydiyyata düşmələrini bilmir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X1 arayışına əsasən şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmış cavabdehlərin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportunun surətindən görünür ki, İmişli şəhəri, M.Hüseyn küçəsi ev 54-də yerləşən evin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********82-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki İmişli şəhəri, M.Hüseyn küçəsi ev 54-də yerləşən fərdi yaşayış evi İddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, evin iddiaçının mülkiyyətində olması, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 isə evdə qeydiyyatda olmalarına baxmayaraq həmin evdə yaşamaması sübuta yetirilir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mənzilin üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, Məhkəmə qeyd edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 15 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər şəxslərin yaşayış sahəsindən istifadə etməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Cavabdehlərin yaşamadıqları halda evdə pasport qeydiyyatında qalmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına səbəb olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Sübutların məcmusuna qiymət verib, məhkəmə cavabdehlərin həmin ünvanda yaşamamasını, həmin evdə qeydiyyatlarının formal olmasını nəzərə alıb, onların İmişli şəhəri, M.Hüseyn küçəsi 54 saylı evə istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 İmişli şəhəri, M.Hüseyn küçəsi ev 54-də yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, X3 və Cavabdeh7 İddiaçı məxsus İmişli şəhəri, M.Hüseyn küçəsi ev 54-də yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar