Məhkəmə qərarları › İş №2(036)-2219/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2219/2020

26.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2219/2020 26.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilmələri və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nın yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş hesab edilmələri və yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam veriməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin evə dair daşınmaz əmlakın texniki pasportu və reyestrdən çıxarışı onun adına verilmişdir. Lakin elektron avtomatlaşdırılmış informasiya sistemindən çıxarışda ona məxsus evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nın qeydiyyatda olduqları göstərilir. Cavabdeh1 ona məxsus evə necə qeydiyyata düşməsindən məlumatı yoxdur. Həmçinin Cavabdeh4 onun keçmiş gəlini olmuş və İmişli rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(036)2536/2018 saylı qətnaməsi ilə ona məxsus evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilmişdir. Onun nəvələri Cavabdeh3 və Cavabdeh2 da anaları Cavabdeh4 yanında yaşayırlar. Ona görə də xüsusi mülkiyyətində olan İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nın yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş hesab edilmələri və yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam veriməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xüsusi mülkiyyətində olan İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nın yaşayış sahəsindən istifadə hüquqlarını itirmiş hesab edilmələri və yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam veriməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Keçmiş gəlini Cavabdeh4nın İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evə olan istifadə hüququna İmişli rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(036)-2535/2018 saylı qətnaməsi ilə xitam verilmişdir. Cavabdeh2 və Cavabdeh3 isə onun nəvələridi və onların istifadə hüquqlarına xitam verilməsini istəmir. Ona görə də mülkiyyətində olan İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evindən Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi və yaşayış sahəsinə olan istifadə hüququna xitam veriməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı X3 tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı fərdi yaşayış evi X1 məxsusdur. İş materiallarında olan «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın sürətindən görünür ki, İddiaçı, Cavabdeh2 Hünbət qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan İmişli rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(036)2536/2018 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh4nın iddiaçı X1 məxsus olan İmişli şəhəri, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə belə nəticəyə gəlir ki, evin iddiaçının mülkiyyətində olması, Cavabdeh1 isə evdə qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşaması sübuta yetirilir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşaış evində qeydiyyatda qalması onun evin üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 15 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. İddiaçı məhkəmə iclası zamanı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək keçmiş gəlini Cavabdeh4nın İmişli şəhəri, Füzuli küçəsi, 22 saylı evə olan istifadə hüququna İmişli rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(036)-2535/2018 saylı qətnaməsi ilə xitam verildiyini, Cavabdeh2 və Cavabdeh3 isə onun nəvələri olduğundan onların istifadə hüquqlarına xitam verilməməsini xahiş etmişdir. Cavabdehin yaşamadığı halda fərdi yaşayış evində pasport qeydiyyatında qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına səbəb olmaqla yanaşı iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Sübutların məcmusuna qiymət verib, məhkəmə cavabdehin həmin ünvanda yaşamamasını, həmin mənzildə qeydiyyatının formal olmasını nəzərə alıb, onun İmişli şəhəri, ünvan 1 saylı evə istifadə hüququna xitam verilməsi qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1, İmişli şəhəri ünvan 1 saylı evə olan istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 İmişli şəhəri, ünvan 1 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar