Məhkəmə qərarları › İş №2(036)-2283/2020

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2283/2020

16.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2283/2020 16.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi İddiaçı cavabdehlər NAĞİYEV RASİM TAĞİ OĞLU, AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANİNDA DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 6 SAYLİ BEYLƏQAN ƏRAZİ İDARƏSİ, Cavabdeh3NƏ qarşı bələdiyyəyə məxsus torpaq sahəsi ilə bağlı qanunsuz verilmiş hüquqmüəyyənedci sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər NAĞİYEV RASİM TAĞİ OĞLU, AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANİNDA DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 6 SAYLİ BEYLƏQAN ƏRAZİ İDARƏSİ, Cavabdeh3 oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək bələdiyyəyə məxsus torpaq sahəsi ilə bağlı qanunsuz verilmiş hüquqmüəyyənedci sənədlərin etibarsız hesab edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia tələbini əsaslandıran sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər NAĞİYEV RASİM TAĞİ OĞLU, AZƏRBAYCAN RESPUBLİKASİ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANİNDA DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN 6 SAYLİ BEYLƏQAN ƏRAZİ İDARƏSİ, Cavabdeh3NƏ qarşı bələdiyyəyə məxsus torpaq sahəsi ilə bağlı qanunsuz verilmiş hüquqmüəyyənedci sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar