Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2320/2020 31.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlardan 1.51 ha pay torpağı almasına dair İmişli rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2004-cü il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh İmişli rayon X1 xx xxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş, İmişli rayonunun Göbəktala kəndində yerləşən 2.13 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların ailə üzvü olan X2 İmişli rayon X1 xx xxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehalı təyinatlı 2,13 ha torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsinə JN-0070nömrəli,90714038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyət hüquqları tanınmışdır. Qeyd olunan torpaq sahələrini əkib-bezə bilmədiklərinə görə xx xxxxxxx 2004-cü ildə torpaq sahəsinin 1.51 ha hissəsini cavabdehə icarəyə vermişlər, həmin tarixdə cavabdeh onları notariusa apararaq onların savadsızlığından istifadə etməklə sənədə imza atdırmışdır. Həmin vaxt cavabdeh notariusda onlara pul vermiş və onlarda torpağı icarəyə verdiklərini və verilən pulun icarə haqqı olduğunu zənn etmişlər. Həmin vaxtdan cavabdeh onların torpaq sahələrini onların torpaq sahələrini əkib becərməklə qazanc əldə edir. Hazırda onlar cavabdehdən torpaqlarından çıxmasını tələb edirlər, lakin cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdilər və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların iddiası tam şəkildə əsassızdır. Belə ki o, mübahisə predmeti olan torpaq sahəsini qanuni şəkildə iddiaçılardan almışdır. Hazırda həmin torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Bundan əlavə iddiaçılar İddiaçı1 və İddiaçı2 2015-ci ildə eyni tələblə bağlı İmişli Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli qətaməsi ilə iddia tələbi təmin edilməmişdir. Buna baxmayaraq iddiaçılar yenidən ona qarşı həmin tələb üzrə iddia qaldırmışlar. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(036)-2236/2015 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 1.51 ha pay torpağı almasına dair İmişli rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxxxx 2004-cü il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh İmişli rayon X1 xx xxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş, İmişli rayonunun Göbəktala kəndində yerləşən 2.13 ha torpaq sahəsindən çıxarılması tələbi barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tərəflər arasıdakı mübahisə predmeti barəsində İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, həmin mübahisə üzrə işə birinci instansiya məhkəməsi tərəfindən yenidən baxıla bilməz. işin faktiki halları iddia tələbinin rədd olunması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, işin faktiki halları iddia tələbinin rədd olunması üçün əsasdır, ona görə də iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2320/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2320/2020
31.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver