Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2460/2025 14.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2020-ci ildə doğulması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yerinin İmişli rayonu, Göbəktala kəndi, atasının X9, anasının Ərizəçi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi 2019-cu ildə X9 ilə faktiki nikah münasibətinə girərək ər-arvad kimi yaşamışdırlar. Onların faktiki nikahlarından 02 aprel 2020-ci il tarixində X10 adlı uşaqları anadan olmuşdur. Hüquqi savadsızlıqdan, eyni zamanda uşaq anadan olan vaxtı onlar fermada yaşadıqlarından ona sənəd götürə bilməmişdirlər. Hazırda uşaq məktəbə getməlidir, lakin onun doğum haqqında sənədi olmadığı üçün gedə bilmir. O, uşağa doğum haqqında şəhadətnamə almaq üçün İmişli Maraqlı şəxsndə qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən bildirmişdirlər ki, bunun üçün doğum haqqında tibbi şəhadətnamə olmalıdır, ya da məhkəməyə müraciət etməlidir. Uşağın 02 aprel 2020-ci il tarixində ev şəraitində anadan olmasını və onun atasının X5 olmasını şahidlər də təsdiq edə bilərlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 557497 nömrəli nikah haqqında şədatənamənin surətindən görünür ki, Ərizəçi ilə X9 xx.xx.2023-cü il tarixdə 394 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi sitərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV № 882178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə İmişli rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. İmişli Rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli akta əsasən, Ərizəçi xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində İmişli rayonu, Göbəktala kəndində X3 evində bir oğlan uşağı dünyaya gətirmişdir. Doğum haqqında elektron şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. X2, anası X8r. İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, Ərizəçi doğumun qeydiyyata alınması barədə müraciətə baxılmış, bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 2.5.3-cü maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər tərəfindən qeydiyyat orqanına doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə təqdim etməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əssən doğum haqqında tibbi şəhadətnamə olmadıqda, uşağın doğulması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən verilmiş 409 nömrəli rəyin nəticə hissəsindən görünür ki, X4 müəyyən edilmiş sümük yaşı 5-6 ilə uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən verilmiş 630/2025-TBŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim olunmuş X10 adlı uşaq barəsində X5 atalıq, Ərizəçi analıq faktı inkar olunmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4.3 Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndində ev şəraitində oğlan uşağı dünyaya gətirmiş, lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. İş materiallarına əlavə olunmuş İmişli regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli doğumun qeydə alınmasından imtina haqqında rəyindən görünür ki, ərizəçi uşağına doğum haqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, oğlu X4 xx.xx.2020-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə övladını uşaq bağçasına yerləşdirməsi, gələcəkdə təhsil alması və s. hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi Ərizəçi uşağı üçün doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələb etdiyi halı, yəni oğlu X4 xx.xx.2020-ci il tarixdə doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Belə ki, iş üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və təqdim edilmiş rəylərə əsasən müəyyən edilmişdir ki, X4 müəyyən edilmiş sümük yaşı 5-6 ilə uyğun gəlir, tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim olunmuş X10 adlı uşaq barəsində X5 atalıq, Ərizəçi analıq faktı inkar olunmur. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 İmişli rayonu, Göbəktala kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında adının “Yusif”, soyadının “Quliyev”, ata adının “Eltun”, doğum tarixinin “02 aprel 2020-ci il”, cinsinin “kişi”, doğum yerinin “İmişli rayonunun Göbəktala kəndi”, atasının adının “X9”, milliyyəti “azərbaycanlı”, anasının adının “Ərizəçi”, milliyyəti “azərbaycanlı” olması barədə qeydiyyat aparılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №2(036)-2460/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2460/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver