Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2476/2023 21.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, maraqlı şəxs DSMF-nin Sosial ödənişlər üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs DSMF-nin Sosial ödənişlər üzrə mərkəzi filialına qarşı dövlətin təyin etdiyi güzəştli müavinətin verilməsinə dair ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək dövlətin təyin etdiyi güzəştli müavinətin verilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olur ki, ərizədə ərizəçinin tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməmiş, İmişli Rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilməli olduğu halda ödənilməmiş və Ərizəçi tərəfindən ərizəsi üzrə 12.*6.2*23-cü il tarixli, 14647 nömrəli, ********** gpp nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə Gəncə Şəhər Məhkəməsinin ünvanına 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.*.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 15*.1.2-ci və ya 15*.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 15*.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən ərizədə ərizəçinin tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar göstərilməmiş, hazırda baxılmalı olduğu İmişli Rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilməmiş və həmin nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlar aradan qaldırılmadan işə baxılması qeyri-mümkündür və bu səbəbdən də, ərizə baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, ərizə baxılmamış saxlanıldığından 12.*6.2*23-cü il tarixli, 14647 nömrəli, ********** gpp nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə Gəncə Şəhər Məhkəməsinin ünvanına ödənilmiş 1** manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs DSMF-nin Sosial ödənişlər üzrə mərkəzi filialına qarşı dövlətin təyin etdiyi güzəştli müavinətin verilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlansın. Ərizə üzrə 12.*6.2*23-cü il tarixli, 14647 nömrəli, ********** gpp nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə Gəncə Şəhər Məhkəməsinin ünvanına ödənilmiş 1** manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-2476/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2476/2023
21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver