Məhkəmə qərarları › İş №2(036)-2498/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2498/2021

17.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2498/2021 17.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X2 Hacıyevin sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin əmlakının onun evindən və həyətindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şəxsi cehiz əmlaklarını yataq dəstini, mətbəx mebelini, 1 ədəd paltaryuyan maşını, 1 ədəd lüstürü, 2 ədəd pərdəni, 4 ədəd çexol dəstini, 1 ədəd stolu, 6 ədəd stulu, 3 ədəd köhnə stulu, 1 ədəd güldanı, mətbəx qab-qacağını və 1 ədəd qaz piltəsini İmişli şəhəri Xəzər küçəsində yerləşən, sahibliyində olan yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qardaşı X1, bu ilin aprel ayında İmişli rayonunun Yalavac kənd sakini Cavabdeh öz razılığı ilə evlənmək məqsədilə qaçırmışdır. Onlara el adəti ilə toy edildi, ancaq rəsmi nikah qeyd etdirmədilər. Onlara müvəqqəti olaraq yaşamaq üçün öz evini vermişdir. Bir müddət yaşadıqdan sonra məlum olmuşdur ki, qızın psixi problemləri vardır. Fatimə qardaşı Faiqə bıçaqla xəsarət yetirmək istəmişdir. Otağa özünü bağlıyıb zəhər içəcəyini bildirirdi. Onların aldığı paltarlara od vurub yandırmışdır. Daha sonra isə atasının evinə getmişdir. Lakin cavabdeh onun evinə yığdığı cehiz əşyalarını evdən çıxarmır. Hazırda üç uşağı var. Evində normal, rahat yaşaya bilmir. Evin yaşayış sahəsinin bir hissəsini cavbdehin əmlakı tutub. Cavabdeh onun evində qeydiyyatı yoxdur və həmin evdə yaşamır. O, qeydiyyatda olduğu atası evində yaşayır. Buna baxmayaraq, onun evindən cehiz əmlaklarını yataq dəstini, mətbəx mebelini, 1 ədəd paltaryuyan maşını, 1 ədəd lüstürü, 2 ədəd pərdəni, 4 ədəd çexol dəstini, 1 ədəd stolu, 6 ədəd stulu, 3 ədəd köhnə stulu, 1 ədəd güldanı, mətbəx qab-qacağını və 1 ədəd qaz piltəsini çıxarmır. Bu da onun və ailə üzvlərinin evdən tam istifadə etmək imkanından məhrum edir. Belə ki, ev kiçikdi cavabdehin cehiz əmlakına görə qaynatasıgildə qalmaq məcburiyyətində qalırlar. O, evinə köçmək istəyir. Dəfələrlə cavabdehə və onun valideyinlərinə cehiz əmlakını çıxarmasını tələb etsə də, gəlib əmlakı aparmamışdırlar. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh şəxsi cehiz əmlakları olan yataq dəsti, mətbəx mebeli, 1 ədəd paltaryuyan maşını, 1 ədəd lüstürü, 2 ədəd pərdə, 4 ədəd çexol dəsti, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd köhnə stul, 1 ədəd güldan, mətbəx qab-qacağı və 1 ədəd qaz piltəsini İddiaçı sahibliyində olan İmişli şəhəri, Xəzər küçəsində yerləşən evindən çıxarmır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh şəxsi cehiz əmlakları olan yataq dəsti, mətbəx mebeli, 1 ədəd paltaryuyan maşını, 1 ədəd lüstür, 2 ədəd pərdə, 4 ədəd çexol dəsti, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd köhnə stul, 1 ədəd güldan, mətbəx qab-qacağı və 1 ədəd qaz piltəsi İddiaçı sahibliyində olan İmişli şəhəri, Xəzər küçəsində yerləşən evindən çıxarılmalıdır. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh şəxsi cehiz əmlakları olan yataq dəsti, mətbəx mebeli, 1 ədəd paltaryuyan maşını, 1 ədəd lüstür, 2 ədəd pərdə, 4 ədəd çexol dəsti, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd köhnə stul, 1 ədəd güldan, mətbəx qab-qacağı və 1 ədəd qaz piltəsi İddiaçı sahibliyində olan İmişli şəhəri, Xəzər küçəsində yerləşən evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar