Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2505/2023 04.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin nümayəndəsi X1, üçüncü şəxs AR TN Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyə qarşı işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və məzuniyyət haqqının ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyə qarşı işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqı və məzuniyyət haqqının ödənilməsi tələbi barədə iddia qaldıraraq İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəblisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmr ləğv edilib həmin əmrin xx.xx.2023-cü il tarixdən verilməsi, xx.xx.2023-cü il tarixli 33 saylı əmrin etibarsız hesab edilib ləğv edilərək İddiaçı İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində əvvəlki işinə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqı və məzuniyyət haqqının hesablanaraq ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 2000ci ildən İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə ingilis dili vəzifəsində fasiləsiz olaraq işləmiş və vəzifəsini qüsursuz icra edərək heç bir intizam tənbehi almamışdır.xx.xx.2021-ci il tarixdə o, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbin direktoru vəzifəsini icra etmişdir. İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.Həmin əmr İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə verilmiş və xx.xx.2023-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı ərizəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsini deyil, sağlamlığı(onkoloji xəstəlik səbəbi ilə 2-ci qrup əlil) eyni vaxtda iki vəzifəni icra etməyə imkan vermədiyindən xx.xx.2023-cü il tarixdən ingilis dili müəllimi vəzifəsindən azad edilməsini xahiş etmiş və gün ərzində fikrindən daşınaraq bu barədə direktora bildirmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı işdən azad edilmədiyindən xx.xx.2023-cü il tarixədək işə çıxaraq məktəbin direktor müavini vəzifəsini icra etmiş və xx.xx.2023-xx.xx.2023-cü il tarixdə ambulator şəraitdə müalicə olunduğundan əmək qabiliyyətsiz olması səbəbi ilə işə çıxmamışdır.İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı əmr göstərilən tarixdə yox, sonradan verilmiş və aid edildiyi şəxsə təqdim edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən əmək qabiliyyətsiz olması səbəbi ilə işə çıxmaması ilə əlaqədar adına tarifləşdirilmiş 9 saat dərsin tədrisinin müvəqqəti olaraq başqa müəllimə həvalə edilməsi haqqında İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmr qeyd olunan tarixdə yox, xx.xx.2023-cü il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixli 33 saylı əmri şərtləndirmək məqsədi daşımışdır. Ona görə də, İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmr ləğv edilib həmin əmrin xx.xx.2023-cü il tarixdən verilməsi, xx.xx.2023-cü il tarixli 33 saylı əmrin etibarsız hesab edilib ləğv edilərək İddiaçı İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində əvvəlki işinə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqı və məzuniyyət haqqının hesablanaraq ödənilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məktəbin direktoru vəzifəsini icra etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsini xahiş etmiş və həmin tarixdən etibarən direktor müavini vəzifəsini icra etməyərək xx.xx.2023-cü il tarixdən işə çıxmamışdır. İddiaçı ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı əmrlə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş və o, həmin tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. AR TN-nin xx.xx.2021-ci il tarixli F-82 saylı əmrinin 4.8-ci bəndinə əsasən İddiaçı məktəbin ingilis dili müəllimi vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixdən etibarən adına tarifləşdirilmiş 9 saat dərsin tədrisi müvəqqəti olaraq İmişli şəhər 7 saylı tam orta məktəbin müəllimi X2 həvalə edilmişdir. İddiaçı elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsində (AHYNGZ0005000 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”) vəzifəsi özü tərəfindən səhvən direktor kimi göstərildiyi üçün xx.xx.2023cü il tarixli 33 saylı əmrdə də eyni səhvə yol verilmişdir. İddiaçı vaxtında iddia qaldırmayaraq iddia müddətini ötürmüşdür.Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Üçüncü şəxs AR TN Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X9 göstərmişdir ki, İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək tutduğu vəzifəsindən azad edilməsini xahiş etmiş və həmin tarixdən etibarən direktor müavini vəzifəsini icra etməmişdir. İddiaçı ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı əmrlə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş və o, həmin tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. AR TN-nin xx.xx.2021-ci il tarixli F-82 saylı əmrinin 4.8-ci bəndinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbin ingilis dili müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı vaxtında iddia qaldırmayaraq iddia müddətini ötürmüşdür. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan İmişli MRX-nın xx.xx.2009-cu il tarixli 47 nömrəli əmrindən çıxarışa əsasən X7 həmin tarixdən tam ştat vahidi həcmində İmişli MRX-də həkim-terapevt vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Qanbayeva (Hüseynova) Ülviyyə Məhəmməd qızı xx.xx.2007-ci il tarixdən 3 (üç) il müddətinə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətinə əsasən Qanbayeva ( Hüseynova) Ülviyyə Məhəmməd qızı xx.xx.2010-cu il tarixdən 5 (beş) il müddətinə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən xx.xx.2010-cu il tarixli əmək müqaviləsi ilə işə qəbul edilmiş Qanbayeva (Hüseynova) Ülviyyə Məhəmməd qızı xx.xx.2015-ci il tarixdən müddətsiz qaydada İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə ingilis dili müəllimi vəzifəsinə qəbul edilmişdir. İşdə olan Elektron informasiya mənbəyinin “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” barədə məlumatına əsasən Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəbliseyin ingilis dili müəllimi İddiaçı ilə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi arasında bağlanmış xx.xx.2010-cu il tarixli 2 AHYNGZ000100 nömrəli müddətsiz əmək müqaviləsi bildirişi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Elektron informasiya mənbəyinin “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” barədə məlumatına əsasən Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəbliseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 AHYNGZ000300 nömrəli müddətsiz əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Elektron informasiya mənbəyinin “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” barədə məlumatına əsasən Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəbliseyin direktoru İddiaçı ilə AR TN Mil-Muğan Təhsil İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2 AHYNGZ000500 nömrəli müddətli əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan İmişli rayon Təhsil şöbəsi üzrə verilmiş xx.xx.2021-ci il tarixli 75 nömrəli əmrə əsasən İmişli şəhər 1 saylı məktəb-liseydə məktəb direktoru vəzifəsinin vakant olması nəzərə alınaraq AR ƏM-nin 61-ci maddəsinə əsasən boş vəzifə üzrə maaşın 50 faizi ödənilməklə həmin vəzifənin icrası müvəqqəti olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2021-ci il tarixdən 3( üç) ay müddətinə həvalə edilir. İşdə olan AR ETN Mil-Muğan Regional Təhsil İdarəsi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 3-29-41/3-1- 86K/2023 saylı əmrin surətinə əsasən İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin direktor müavini İddiaçı həmin məktəbin direktoru vəzifəsinin icrasından azad edilmişdir. İşdə olan İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı əmrin surətinə əsasən İmişli rayonu üzrə təhsil sektoru/ İmişli şəhər N.Nərimanov adına 1 nömrəli məktəb-lisey” bölməsində “Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. (İddiaçı xx.xx.2023-cü il tarixdən işdən azad olunma haqqında ərizəsi əlavə edilmişdir.) İşdə olan İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmrin surətinə əsasən məktəbin ingilis dili müəllimi İddiaçı xəstəlik səbəbindən işə çıxa bilmədiyi üçün onun adına tarifləşdirilmiş 9 saat dərsin tədrisi müvəqqəti olaraq İmişli şəhər 7 saylı tam orta məktəbin müəllimi X2 həvalə edilmişdir. İşdə olan İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 79 saylı əmrin surətinə əsasən məktəbin ali təhsilli ibtidai sinif müəllimi X3 xx.xx.2023-cü il tarixdən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş də olan ADY QSC İmişli Dəmir yol xəstəxanası tərəfindən verilmiş SN 00007 seriyalı ******* saylı Xəstəlik vərəqəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, SN 00007 seriyalı ******* saylı Xəstəlik vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, SN 00007 seriyalı ******* saylı Xəstəlik vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və SN 00007 seriyalı ******* saylı Xəstəlik vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə əmək qabiliyyəti olmadığından işdən azad edilmişdir. AR Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,.... prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən .... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı madddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR TN-nin xx.xx.2021-ci il tarixli F-82 nömrəli əmrinin 4.8-ci bəndində göstərilmişdir ki, mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun ( şəhərin) müvafiq fənn üzrə müəllimə təlabat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanaraq İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş və onun əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə xxxxxxx000300 saylı “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron infornasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə məktəbin ingilis dili müəllimi vəzifəsindən, xx.xx.2023-cü il tarixdə isə məktəbin direktoru vəzifəsinin icrasından artıq azad edildiyi üçün xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınaraq həmin vaxt qüvvədə olan yeganə əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023cü il tarixdən xitam verilmiş və o, həmin əmrə əsasən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilərək AR TN-nin xx.xx.2021-ci il tarixli F-82 nömrəli əmrinin 4.8-ci bəndinə əsasən məktəbdə vakant qalan ingilis dili müəllimi vəzifəsinə keçirilmişdir. İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı əmrdə İddiaçı vəzifəsinin “direktor” kimi göstərilməsi tərtibatda yol verilən yanlışlıqla izah olunur və məsələnin mahiyyətini dəyişdirmir. Onun xx.xx.2023-cü il tarixədək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etməsini təsdiq edən heç bir sübut olmadığından “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” haqqında məlumatın elektron informasiya sistemində nə vaxt qeydiyyta alınması hüquqi əhəmiyyət daşımır və əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 33 saylı əmrin etibarsız hesab edilməsi və yaxud ləğv edilməsi üçün əsas deyi; İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixdə məktəbin ingilis dili müəllimi vəzifəsində əmək vəzifələrini icra etməsini təsdiq edən heç bir sübut təqdim etmədiyindən İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey üzrə verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı əmrin ləğv edilib həmin əmrin xx.xx.2023-cü il tarixdən verilməsini tələb etməkdə də haqlı deyil; İddiaçı İmişli şəhər N.Nərimanov adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edildikdən sonra bir ay müddətində işə bərpa haqqında iddia qaldırmayaraq tələb hüququnu itirmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357və360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2505/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2505/2023
04.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver