Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2587/2020 18.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun arvadı Abdullayeva (Quliyeva) Samirə Həmidulla qızı ilə birlikdə İmişli rayonunun Muradxanlı kəndində mərhum atası tərəfindən 1976-cı ildə tikilmiş 140 kv.m sahəsi olan yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır, ailə münasibətləri uyğun gəlmədiyindən 2013-cü ildə boşanmışlar, digər Cavabdeh2 isə onun oğludur. Cavabdehlər İmişli rayonunun Muradxanlı kəndində onun mərhum atası tərəfindən 1976cı ildə tikilmiş 140 kv.m sahəsi olan yaşayış evində yaşayırlar. Cavabdeh1 ilə boşandıqdan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə Abdullayeva (Quliyeva) Samirə Həmidulla qızı ilə evlənmişdir. Hazırda cavabdehlər onu yeni ailəsi birlikdə orada yaşamağa qoymurlar. Onun həmin evdə yaşamaq hüququ var, lakin cavabdehlər onu bu hüquqdan məhrum edir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi iddiasının təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərinizahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarilxli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı tərəflər arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin araşdırılan hallarından aydın olur ki, iddiaçının keçmiş ailə üzvü, yəni onun əvvəlki nikahından olan arvadı və oğlu hazırda mübahisəli mənzildə yaşyırlar, onların da həmin evdə yaşamaq və istifadə hüquqları vardır. İddiaçı hazırda yenidən ailə qurmuş və özünün deməsinə görə onun oğlu və keçmiş arvadı ilə soyuq münasibətləri vardır. Belə olan halda məhkəmə hesab edir ki, onların həmin evə köçürülməsi tərəflər arasında daha ciddi problemlərə və mübahisələrə yol aça bilər. Ona görə də, məhkəmə iddiaçının yeni ailəsi ilə birlikdə həmin mənzilə köçürülməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rsumu iddiaçının özünə aid edilməlidir. Göstərinləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2587/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2587/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver