Məhkəmə qərarları › İş №2(036)-2608/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2608/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2608/2022 13.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X4 XX XX 1945-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olması, ata qrafasında X3 və ana qrafasında X5 yazılması, yəni mərhum atası X4 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, atası X7 1945-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuş, 06 oktyabr 2020-ci ildə tarixdə İmişli rayonunun Nurulu kəndində ölmüşdür. X1 anası X5 olmuşdur. Ona məlum olmayan səbəblərdən atasına doğum haqqında şəhadətnamə götürülməmişdir. Hazırda vərəsəlik işi ilə bağlı mərhum atasının doğum haqqında şəhadətnaməsinin olması zəruri olmuşdur. Bununla bağlı o, İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, atasının doğum faktı tibbi sənədlə təsdiq olunmadığından doğum şəhadətnaməsi verilməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli rayon Qeydiyyat Şöbəsinin 12 avqust 2022-ci il tarixli rəyindən görünür ki, X4 doğumu haqqında akt qeydləri aşkar olunmadığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İş materiallarında olan İ-İE 302287 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında nikah 15 oktyabr 1970-ci il tarixdə bağlanmış və həmin nikah 14 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli, 05/69-254 saylı arayışdan görünür ki, X6 02 fevral 2001-ci ildə İmişli rayonunun Nurulu kəndində ölmüşdür. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli, 05/69-355 saylı arayışdan görünür ki, X7 06 oktyabr 2020-ci ildə İmişli rayonunun Nurulu kəndində ölmüşdür. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Muradalılı kənd İnzibati ərazi üzrə nümayəndəliyindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, 271 saylı arayışdan görünür ki, mərhum X7 1945-ci ildə İmişli rayon Nurulu kəndində anadan olmuş, 06 oktyabr 2020-ci il tarixdə İmişli rayon Nurulu kəndində ölmüşdür. X2 atası mərhum X3 və anası X5 olmuşdur. X3 1945-ci ildə Böyük vətən Müharibəsində itkin düşmüş, anası X5 02 fevral 2001-ci il tarixdə vəfat etmiş, kənd qəbirstanlığında dəfn olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, XX XX 1945-ci ildə İmişli rayonunun Nurulu kəndində doğulmuşdur, lakin onun doğumu qeydə alınmamışdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 XX XX 1945-ci ildə İmişli rayonunun Nurulu kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 XX XX 1945-ci ildə İmişli rayonunun Nurulu kəndində doğulması faktı müəyyən edilsin və doğum akt qeydinin ata qrafasında X3, ana qrafasında X5 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar