Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2633/2021 19.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Hacıyev Qurban Hamid oğlu iddiaçı X1 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı X2 əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 04.07.2014-cü il tarixli 14035-3/318018Z saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1rləşdiyi yerin məhkəməsinə verməlidir. Bundan başqa iddiaçı X2 iddia ərizəsi məhkəmədə baxılması üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmiş, qiymətləndirilməyən iddialara görə dövlət rüsumunun məbləği 100 manat olduğu halda iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan ərizənin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi göstərilsə də, həmin qəbz iddia ərizəsinə əlavə edilmiş sənədlərdə aşkar edilməmişdir. Bundan əlavə iddia tələbi hüquqi şəxsə qarşı verilmişdir ki, həmin hüquqi şəxs məhkəmənin olduğu ərazidə yerləşmir. Bununla da iddiaçı MPM-nin 35.2 və 150-ci maddələrinin tələblərinə riayət etməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı X1 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2633/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2633/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver