Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2655/2022 14.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Sumqayıt şəhər nikah evində bağlanmış 04 oktyabr 1990-cı il tarixli, 1201 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş, mərhum həyat yoldaşı X5 ilə xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetliyində nikahlarını rəsmişləşdirmiş və birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü X7, xx.xx.1993-cü il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. 1988-ci ildə Ermənistan Respublikasından məcburi şəkildə qovulmuş, bütün əşyaları, o cümlədən, nikah haqqında şəhadatnaməsi də digər sənədlər ilə birlikdə orada olan evində qalmışdır. Ermənistandan qovulandan sonra onlar Sumqayıtda məskunlaşmışlar. Sumqayıt şəhərində yerləşən atasına məxsus olan mənzilə qeydiyyat üçün atasının tanışı Cavabdeh Xankişı oğlu müraciət etmişdir. O, ailə üzvü olmadığı üçün mənzilə qeydiyyata alınmasından imtina olunmuşdur. Onun mənzilə müvəqqəti qeydiyyata düşməsi üçün o, adını bilmədiyi bir idarəyə getmiş, həmin idarədə bir sənədi imzalamışdır. Sənədi nə üçün imzaladığı ona izah olunmamışdır. Həyat yoldaşı X5 xx.xx.1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Birgə nikahlarından olan xx.xx.1991-ci il təvəllüdlü X7, xx.xx.1993-cü il təvəllüdlü X1 doğum tarixlərindən görünür ki, onun həm faktiki, həm də rəsmi həyat yoldaşı X6 olmuşdur. Müvafiq dövlət orqanlarına müraciət edən zaman məlum olmuşdur ki, onun bilmədən qeydiyyat orqanı kimi gedib sənəd imza etdiyi yer Qeydiyyat orqanı olmuş və imza etdiyi sənəd M.X.Tarıverdiyevin evə qeydiyyata düşməsinə dair razılıq ərizəsi deyil, nikahın bağlanması olmuşdur. Cavabdehlə bir gün də olsun ailə kimi yaşamamdır. Bu həqiqi ailə qurmaq məqsədi ilə deyil, mənzilə qeydiyyata düşmək üçün imza etdiyi, ancaq mənasını başa düşmədiyi bir sənəd olmuşdur. O, Abşeron rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edərək mərhum həyat yoldaşı X5 ilə xx.xx.1987-ci ildə Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetində bağlanmış akt qeydinin bərpa edilib yeni nikah haqqında şəhadatnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-593/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, mərhum yoldaşı X5 ilə xx.xx.1987-ci ildə Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetində bağlanmış akt qeydinin bərpa edilməsi qət edilmişdir.Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə icra olunan zaman 04 oktyabr 1990-cı ildə Cavabdeh ilə bilmədən və saxta bağlanmış nikah məlum olmuşdur. Onun belə bir nikah bağlamaq niyyəti və razılığı olmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, tərəflər arasında nikah 04 oktyabr 1990-cı il tarixdə Sumqayıt nikah evində bağlanmış və həmin nikah 1201 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ 936762 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 dekabr 1991-ci il tarixdə anadan olmuş X4 atası X6, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 936767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 may 1993-cü il tarixdə anadan olmuş X1 atası X6, anası İddiaçıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 yanvar 1994-cü ildə ölmüşdür. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 593/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X2 Ermənistan Respublikası Masis rayonu Dostluq kənd Sovetliyində xx.xx.1987-ci il tarixdə bağlanmış nikah akt qeydi bərpa edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Göründüyü kimi tərəflər arasında nikah bağlansa da, məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurmamışlar və onların ailə qurmaq niyyəti də olmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddaçı İddiaçı ilə Cavabdeh arasında Sumqayıt nikah evində bağlanmış 04 oktyabr 1990-cı il tarixli, 1201 nömrəli akt qeydi ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25 - 28ci maddələrini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216 - 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Sumqayıt nikah evində bağlanmış 04 oktyabr 1990-cı il tarixli, 1201 nömrəli akt qeydi ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2655/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2655/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver