Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2659/2021 22.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən, İmişli Rayon Məhkəməsinin hakimi Hacıyev Qurban Hamid oğlu ərizəçi Ərizəçi vərəsə kimi tanınması, miras qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariusun üzərinə qoyulması tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə müraciət edərək mərhum atası X1 İmişli şəhəri, Sadıqcan küçəsi 46S ünvanında miras qalmış 0,025 ha torpaq sahəsindən ibarət miras əmlak üzrə onun vərəsə kimi tanınması, miras qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki,Ərizəçi ərizəyə məhkəmədə baxılması üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan ərizənin geri qaytarılması üçün əsasdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi vərəsə kimi tanınması, miras qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariusun üzərinə qoyulması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2659/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2659/2021
22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver