Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-27/2025 24.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X32 qızının katibliyi, İddiaçı, həmçinin digər iddiaçı X9 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh özbaşına qanunsuz zəbt etdiyi, İmişli rayonu, Cəfərli kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 0,8937 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində onlara vurduğu 2000 (iki min) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, və ailə üzvləri X18, İddiaçı2, X6 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə İmişli rayonu, Cəfərli kəndində İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,8937 ha torpaq sahələri vardır. Bu barədə daşınmaz əmlakın dövlət reyestri xidmətindən **********83 nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsini o, idarə edir. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri o, istifadə etmişdir. 2022-ci ilin sentyabr ayında şumladığı həmin torpaq sahəsinə getmişdir ki, taxıl əksin. İmişli rayonu, Cəfərli kənd sakini Cavabdeh demişdir ki, bu sahə, habelə ona bitişik qardaşının torpaq sahəsi onundur və onu torpaq sahəsinə buraxmamışdır. O, dövlət orqanlarına müraciət etmişdir ki, gəlib yerində torpaq sahəsini sənədləşdirib mülkiyyət sənədi versinlər. Nəhayət bu il mütəxəssislər gəlib torpaq sahəsini ölçüb ona göstərib və çıxarış vermişlər. Məlum olmuşdur ki, Cavabdeh torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmiş və cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh həmin torpaq sahəsindən çıxmır və onları torpaq sahəsinə buraxmır. Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə Çıxarışa əsasən, ailəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. 1 il torpaq sahəsində əkin apara bilmədiylərindən 2000 manat maddi zərər çəkmişlər. Belə ki, bu il torpaq sahəsində əkin əkib məhsul götürüb sataraq ən azı 2000 manat gəlir əldə edəcəkdir. Aidiyyatı orqanlara müraciət etdikdə ona bildirdilər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə ilə müraciət etməlisiniz. Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı1 və qeyriləri ona qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, tələbinə dair məhkəmədə iddia qaldırmışlar. İşin hazırlıq iclasında baxılması 24 aprel 2025-ci il tarixə saat 11:45-ə, təyin edilmişdir. Həmin iddia ərizəsinə aşağıdakı qaydada etiraz edir. Belə ki, iş üzrə əvvəllər İmişli Rayon Məhkəməsi tərəfindən 2(036)-2971/2023 nömrəli, 27 noyabr 2023-cü il tarixli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. 10/9760 nömrəli, 14 fevral 2025-ci il tarixli ekspert rəyində iddiaçılar X18 və qeydilərinin ümumi birgə mülkiyyətində olan 0.893 ha torpaq sahəsinin onun tərəfindən istifadə olunduğu və həmin torpaq sahəsi bütünlüklə tərəfindən istifadə olunduğu qeyd edilir. Yuxarıda qeyd edilən ekspert rəyi mütəxsis rəyi əsasında verilmişdir. Ekspert həmin ərazidə özü ölçü işləri aparmamış və torpaq sahəsinin koordinatlarını naturada müəyyən etməmişdir. Hazırda onun istifadəmdə olan torpaq sahəsini mütəxəsıs rəyi vermi, təşkilatın əməkdaşları 2022-ci ildə mənə naturada təqdim edərək koordinatların göstərmişlər və bunun əsasmda akt tərtib etmişlər.Həmin akt 2 nəfər mütəxəsis, ler nümayəndəsi və bələdiyyənin sədri tərəfindən imzalanmışdır.Mən hal -hazıra kim- olan müddətdə də həmin torpaqdan istifadə edirəm. İddiaçılara 16 oktyabr 2023-cü il tarixli çıxarış əsasında məxsus olan torpaq sahəsi ardıcıllığ sırası ilə JN:194 nömrəli ərazidə olmaqla naturada azad və sərbəstdir. Tərəfindən istifadə olunmur. Əllərində əsas tutduqları çıxarışla onun, mülkiyyətində olan JN 191 nömrəli torpaq sahəsini qanunsuz və əsassız tələb edirlər. Ona görə də ekspert rəyini sübut kimi qəbul etməməyi və sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, məhkəmə iclasında iştirak edə bilmirlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha kənd təsərrüfatlı təyinatlı torpaqları kateqoriyasından olan torpaq sahəsi üzərindən İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mukiyyət hüquqları xx.xx.2023-cü il tarixdə **********83 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş B seriyalı 142292 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı1 mülkiyyətində olan İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha kənd təsərrüfatlı təyinatlı torpaqları kateqoriyasından olan torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan JN 192 kod 90704018 saylı Torpağa mülkiyyət hüququna dair aktın surətindən görünür ki, X7, X15, X16, X10 və X12 1,39 hektar torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan JN 193 kod 90704018 saylı Torpağa mülkiyyət hüququna dair aktın surətindən görünür ki, X3, X8, X4 və X11 0,56 hektar torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan JN 191 kod 90704018 saylı Torpağa mülkiyyət hüququna dair aktın surətindən görünür ki, X5, X13, X2, X1 və Cavabdeh 1,46 hektar torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İmişli rayonu, Cəfərli kəndində yerləşən 1.39 ha torpaq sahəsinin ölçülməsinə köməklik edilməsi barədə 22 avqust 2022-ci il tarixli 1-5103690 saylı müraciətə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmişdir. Baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq JN-192 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 1.39 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları sizə göstərilmişdir. Lakin, ərazi başqa mülkiyyətçilər tərəfindən istifadə olunur. Bundan əlavə bildirilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Cəfərli kənd sakinləri X18, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 0.8937 ha torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilmişdir. İddiaçılar X18, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.8937 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Daşınmaz əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyetrindən xx.xx.2023cü il tarixli ******* a qeydiyyat nömrəli tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Cəfərli kənd sakinləri X18, İddiaçı2, Ramilə Yusif qızı və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Cəfərli kənd sakinləri X18, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu Cəfərli kəndində yerləşən 0.8937 ha torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilmişdir. İddiaçılar X18, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 ümumi birgə mülkiyyətində olan 0.8937 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Daşınmaz əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyetrindən xx.xx.2023-cü il tarixli ******* a qeydiyyat nömrəli tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Cəfərli kənd sakinləri X18, İddiaçı2, Ramilə Yusif qızı və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha kənd təsərrüfatlı təyinatlı torpaqları kateqoriyasından olan torpaq sahəsi üzərindən İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mukiyyət hüquqları xx.xx.2023-cü il tarixdə **********83 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ümumilikdə 0.8937 ha faktiki olaraq cavabdehin istifadəsindədir. Cavabdeh həmin sahənin onun mülkiyyəti olmasını bildirsə də bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş JN 191 kod 90704018 saylı, JN 192 kod 90704018 saylı və JN 193 kod 90704018 saylı Torpağa mülkiyyət hüququna dair aktlardan müəyyən edilmişdir ki, həmin torpaq sahələri cavabdehə deyil, digər şəxslər ayrılmışdır. Həmin həmin torpaq sahəsi üzərindən mövcud olan hüquqların isə cavabdehə ötürülməsi və ya keçməsi barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin sənədlər cavabdehin həmin sənədlərdə göstərilən torpaq sahəsi üzırində subyektiv hüququnun yaranmasının və ya mövcud olmasının əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyul 2015-ci il tarixli S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Yuxarıda göstərilən mövqədən çıxış edən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə subyektiv hüququ yaranmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyetrindən xx.xx.2023-cü il tarixli ******* a qeydiyyat nömrəli tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Cəfərli kənd sakinləri X18, İddiaçı2, Ramilə Yusif qızı və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Beləliklə məhkəmə hesab edir ki, Daşınmaz əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyetrindən xx.xx.2023cü il tarixli ******* a qeydiyyat nömrəli tarixli çıxarışa və B 142292 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İmişli rayonu, Cəfərli kənd sakinləri X18, İddiaçı2, Ramilə Yusif qızı və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Cəfərli kəndində yerləşən 0.8937 ha torpaq sahəsi iddiaçıların mülkiyyətində olduğundan, həmin torpaq sahəsinə cavabdehin heç bir subyektiv hüququ mövcud olmadığından və onun tərəfindən bütünlüklə qanunsuz olaraq istifadə edildiyindən iddia tələbi cavabdehin həmin torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçıların iddia tələbinin Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı ona dəyən maddi ziyana görə 2000 (iki min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq onlara ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş delikt törədən olmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhz iddiaçının hüquqazidd əməli yəni, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyinin ona məhz 2000 manat məbləğində ziyan dəyməsinin səbəbli əlaqəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı kompensasiya hissəsində iddianı əsaslandırdığı halları təsdiq edəcək hər hansı sübut növü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X26rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh İmişli rayonu, Cəfərli kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş 0.8937 ha torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində iddia təmin edildiyindən və həmin tələb qiymətləndirilməyən iddia tələblərinə aid olduğu üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh üzərində iddiaçılar İddiaçı1, X9, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə **********83 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İmişli rayonu, Cəfərli kəndi ərazisində yerləşən 0.8937 ha ölçülü torpaq sahəsindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı1 və 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-27/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-27/2025
24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver