Məhkəmə qərarları › İş №2(036)-271/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-271/2022

11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-271/2022 11.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1951-ci ildə İmişli rayonunun Boşçallar kəndində doğulması və X2 və anası X3 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1951-ci ildə İmişli rayonunun Boşçallar kəndində anadan olmuşdur. X2 anası isə X1r. Onun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Qeydiyyat şöbəsi onun doğum akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Vərəsəlik məsələsinin həlli ilə bağlı ona doğum haqqında şəhadətnamə alınması zəruridir. Özünün doğum haqqında şəhadətnaməsi olmadığından vərəsəlik işində onun təsdiq edilməsində problem yaranır. Hazırda özünü doğumu haqqında şəhadətnaməsini başqa cür əldə edə bilmir. Ona görə də bu faktın tsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, X6 xx.xx.1951-ci ildə İmişli rayonunun Boçallar kəndində doğulmuşdur, lakin onun doğumu qeydə alınmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 22.06.2020-ci il tarixli 05/70- 227 saylı arayışdan görünür ki, X3 13.11.1999-cu il tarixdə kəskin böyrək çatışmazlığından İmişli rayonunun Boşçallar kəndində ölmüşdür. İş materiallarında olan 18.11.2021-ci il tarixli aktdan görünür ki, xx xxxx 1951-ci ildə İmişli rayonunun Boşçallar kəndində anadan olmuş X4 X2 anası isə X1r. Maraqlı şəxs 08.07.2021-ci il tarixli rəyindən görünür ki, X4 doğumu haqqında akt qeydləri aşkar olunmadığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx xxxx 1951-ci il tarixdə İmişli rayonunun Boşçallar kəndində doğulması faktı qeydə alınalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 xx xxxx 1951-ci il tarixdə İmişli rayonunun Boşçallar kəndində doğulması faktı qeydə alınsın və doğum akt qeydinin ata qrafasında X5, ana qrafasında X3 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar