Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2830/2021 23.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən, İmişli rayon məhkəməsinin hakimi Hacıyev Qurban Hamid oğlu Ərizəçi suverenlik uğrunda döyüşən hərbi qulluqda iştirak etməsinə görə pensiya müavinətinin ödənilməsi tələbinə dair məhkəməyə daxil olmuş ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü naminə gedən döyüşlərdə iştirak etdiyi üçün ona hesablanası veteran pulunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək belə hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilmədiyi üçün Ərizəçi qaytarılmalıdır. Belə ki, ərizə araşdırılarkən müəyyən olundu ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 268-ci maddələri rəhbər tutaraq Qərar verdim: Ərizəçi suverenlik uğrunda döyüşən hərbi qulluqda iştirak etməsinə görə pensiya müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilmədiyi üçün Ərizəçi qaytarılsın. Qərərdaddan təqdim edildiyi və ya alındıqdan sonra 10 gün müddətində İmişli rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2830/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2830/2021
23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver