Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2878/2023 28.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında бахараг MÜƏYYƏNETDİ: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2002-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində ölmüş X3 X5 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, xx.xx.1988-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan üç uşağı olmuşdur. X10 xx.xx.1961-ci ildə İmişli rayonu Sarıxanlı kəndində anadan olub X11 və X2 törəmişdir. X11 ilə X3 nikahları olmadığından X5 doğumu haqqında xx.xx.1961-ci il tarixli 138 saylı akt qeydində atası barədə qeyd olunmamışdır. X8 xx.xx.2002-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində ölmüşdür. X10 uzun müddət Rusiya Federasiyasının Perm şəhərində yaşamış və 2009-cu ilin yanvar ayında həmin şəhərdə vəfat etmişdir. X5 atalığı müəyyən edilmədiyindən X2 miras qalmış İmişli rayonu Sarıxanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qəbul edilməsində çətinlik yaranmışdır. Ona görə də, xx.xx.2002-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində ölmüş X3 X5 atası olması faktının müəyyən edilməsi barədə ərizə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/69-331 nömrəli arayışda göstərilmişdir ki, İmişli RİHB Sarıxanlı kənd İN-nin xx.xx.1961-ci il tarixli 138 nömrəli doğum akt qeydinə əsasən xx.xx.1961-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş X1 Adilə İsmayıl qızından törəmişdir. (Ata qrafasında qeydiyyat aparılmamışdır) İşdə olan İV JQ 369442 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi ilə X6 nikahı İmişli RİHB Sarıxanlı kənd İN-də xx.xx.1988-ci il tarixli 23 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan AZ 125093 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2002-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində ölmüşdür. İşdə olan olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/69- 332 nömrəli arayışa əsasən X6 ölümü haqqında Rusiya Federasiyası Perm diyarı Perm şəhəri Motovilxi rayon adminstrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli 447 nömrəli akt qeydi aparılmışdır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.08..2023-cü il tarixli 05/69-396 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1993-cü il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama nəticəsində X11 ilə X3 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan JN 501 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən planda yeri göstərilmiş İmişli rayonu Sarıxanlı kəndində yerləşən 1,92 ha torpaq sahəsi Ərizəçi, X8, X12, X14, X15 və X7 ümumi birgə mülkiyyətindədir. İşdə olan İmişli RİHB Sarıxanlı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-53- 12-26/884 saylı arayışda göstərilmişdir ki, X11 və X8 vəfat etdikləri günədək övladları X10 ilə birlikdə İmişli rayonu Sarıxanlı kəndində yaşamışlar. İşdə olan İmişli RİHB- Sarıxanlı kənd İƏD üzrə İN tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli Aktda göstərilmişdir ki, xx.xx.1961-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş X10 həqiqətən X11 və X2 törəmişdir. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. AR Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin........... ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliliyini nəzərə ala bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1961-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuş X1 Adilə İsmayıl qızı və X2 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində ölmüş X3 xx.xx.1961-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində X4 doğulmuş mərhum X5 doğma atası olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin olunsun. xx.xx.2002-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində ölmüş X3 xx.xx.1961-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində X4 doğulmuş mərhum X5 doğma atası olması faktı müəyyən edilməlidir. Qətnamədən 1(bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2878/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2878/2023
28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver