Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-289/2025 27.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: ölümün qeyd edilməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı ərizəçinin mərhum bibisi X5 xx.xx.1938-ci il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olması faktının müəyyən edilməsi, doğum aktında atasının X14, anasının X16 yazılması barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin mərhum bibisi X5 xx.xx.1938-ci il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olması faktının müəyyən edilməsi, doğum aktında atasının X14, anasının X16 yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, bibisi X10 xx.xx.1938-ci il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olmuş, xx.xx.1997-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində vəfat etmişdir. X4, anası X16 olmuşdur. X3 olmuş, onlarla bir ailədə yaşamışdır. Buna yaşadığı kəndin sakinləri, yerli hakimiyyət orqanları şahiddirlər və təsdiq edirlər. Ailələrinə, yəni mərhum atası X7, bacısı X8, X11, X8, X9 və ərizəçiyə aqrar islahatı zamanı İmişli rayonunun Xoşçobanlı kəndində ümumi birgə mülkiyyətlərinə torpaq sahəsi qeydə alınmış və çıxarış verilmişdir. X1 və X12 qoca yaşlı olmuşlar və onların valideynləri uzun illər əvvəl vəfat etmişlər. Mərhumdan torpaq sahəsi miras qalmışdır. Ərizəçi, X25 Xidmət Mərkəzinin Notariat ofisində notariusa mərhum bibisinin mirası ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Oradan bildirilmişdir ki, X10 ilə mənim atam X6 qohumluq, bacı-qardaş olmaları faktı müəyyən edilməlidir. Buna görə onun doğum sənədi də olmalıdır. Qeydiyyat şöbəsində bibisinin doğum akt qeydinin olmaması barədə arayış verilmişdir. Ona görə faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün zəruridir. Mərhumların yaşayış yeri üzrə icra nümayəndəliyi onların bacı-qardaş olması barədə arayış verir. Mərhum bibisinin doğum haqqında şəhadətnaməsi və akt qeydi olmadığından bu faktın məhkəmədənkənar müəyyən edilməsi qeyri-mümkündür.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid X15 ifadəsində bilmişdir ki, ərizəçi onun oğludur. X2 onun baldızı olmuşdur. X10 1938-ci ildə doğulmuşdur və ailəli olmamışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İmişli Rayon İcra Hakimiyyətinin başçısının Murğuzalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-53-12-16/2№02/2024 saylı məktubundan görünür ki, X10 xx.xx.1938-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olmuş, xx.xx.1997-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində vəfat etmiş və İmişli rayonunun Xoşçobanlı kənd qəbristanlığında dəfn olunmuşdur.
10. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/69- 170 saylı arayışdan görünür ki, X10 xx.xx.1997-ci il tarixdə İmişli rayonunun Xoşçobanlı kəndində ölmüşdür.
11. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlı vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.3-cü maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər tərəfindən qeydiyyat orqanına doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə təqdim etməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən doğum haqqında tibbi şəhadətnamə olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. X12 və X5 doğumunun qeydə alınmasından imtina edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
13. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
14. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
15. Eyni zamanda, ərizəçi bibisinin doğum haqqında şəhadətnaməsinin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
16. Məhkəmə hesab edir ki, ərizəçinin bibisi X2 həqiqətən xx.xx.1938-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində doğulması sübuta yetirilir. Həmin faktı təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.
17. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin bibisinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X5 doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi, bibisinin adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən X5 xx.xx.1938-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində doğulması, atasının X14, anasının X16 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilməklə iddia qismən təmin edilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. X5 xx.xx.1938-ci ildə İmişli rayonunun Xoşçobanlı kəndində doğulması faktı, atasının X14, anasının isə X16 olduğu müəyyən edilsin. Qətnamə xx.xx.1938-ci il təvəllüdlü X5 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev