Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2945/2020 03.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Büsat qızı Hacıyevanın katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1980-1993-cü illərdə İmişli rayonunun Kirov adına (sonrakı adı Qaragüvəndikli) kolxozunda işləməsi, yəni sosial sığorta stajı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxx 1964-cü ildə anadan olmuşdur. 1980-1996-cı illərdə İmişli rayonunun Kirov adına (sonrakı adı Qaragüvəndikli) kolxozunda sıravi kolxozçu, xx.xx.2013-xx.xx.2014-cü illərdə “xxxxxxxxxx” MMC-də təmizlik işçisi, xx.xx.2015-xx.xx.2015-ci ildə “xxx” MMC-də xadimə, xx.xx.2017-xx.xx.2018-ci illərdə “xxxxxxxxxxxxxxxx” MMC-də xadimə işləmişdir. Kolxozda işlədiyi illər onun əmək kitabçasında qeyd edilməyib. O, 2 il də əlavə olaraq sosial sığorta pulu ödəmişdir. Eyni zamanda 6 uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə edib, böyütmüşdür. Maraqlı şəxsndə bildirilir ki, onun işləməyini təsdiq edən arxiv sənədi olmalıdır. İmişli rayon Dövlət Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli arayışında göstərilir ki, həmin kolxozun sənədlərində onun 1994-1996-cı illərdə kolxozda işləyib əmək haqqı alması təsdiq olunur. Bəzi sənədlərdə onun adı ər soyadı ilə yəni “Əsədullayeva” kimi qeyd olunmuşdur. Kolxozların 1980-1993-cü illərə aid sənədləri arxivdə saxlanılmır. Ona görə də əmək stajı faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Əmək və X16 Nazirliyi yanında Dövlət X19 İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu izahatında ərizəçinin əmək fəaliyyətini təsdiq edən sənədlərin olmadığını bildirərək ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, 1964- 1993-cü illərdə İmişli rayonunun Qaragüvəndikli kolxozunda işləmiş, Ərizəçi da 1980- 1993-cü illərdə onunla birlikdə həmin kolxozda işləmişdir. Odur ki, ərizəçinin Qaragüvəndikli kolxozunda işləməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, o, 1970-ci ilin iyul ayından 1996-cı ilin sonuna qədər İmişli rayonunun Qaragüvəndikli kolxozunda işləmiş, Ərizəçi da 1980-ci ildən 1996-ci ilədək onunla birlikdə işləmişdir. Odur ki, ərizəçinin Qaragüvəndikli kolxozunda işləməsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, o, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilə qədər İmişli rayonunun Qaragüvəndikli kolxozunda işləmiş, Ərizəçi da 1984-1996-ci illərdə İmişli rayon Qaragüvəndikli kolxozunda onunla birlikdə işləmişdir. Odur ki, ərizəçinin Qaragüvəndikli kolxozunda işləməsini təsdiq edir. Məhkəmə ərizəçinin, şahidlərin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə İmişli şəhərində anadan olmuş, hal-hazırda isə, İmişli rayonunun Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla yaşayır. 052880 nömrəli xx.xx.2013-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı İmanova X26 xx.xx.2013-xx.xx.2014-cü illərdə “xxxxxxxxxx” MMC-də təmizlik işçisi, xx.xx.2015-xx.xx.2015-ci illərdə “xxx” MMC-də xadimə, xx.xx.2017-xx.xx.2018-ci illərdə “xxxxxxxxxxxxxxxx” MMC-də xadimə vəzifəsində işləmişdir. İmişli rayon Dövlət Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli 96 saylı arayışından görünür ki, Ərizəçi 1994-1996-cı illərdə İmişli rayonu Kirov adına kolxozda işləməsi barədə məlumat var, lakin İmişli rayonu Kirov adına kolxozun 1980-1989, Qaragüvəndikli kolxozunun isə 1990-1993-cü illərin sənədləri və son hesablaşma kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmır. AZ-İ 010927 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X12 ilə X1 arasında olan nikah ləğv edilmiş və nikah ləğv edildikdən sonra ərizəçiyə İmanova soyadı verilmişdir. İmişli rayonunun Qaragüvəndikli kənd bələdiyyəsinin sədri X5, İmişli rayonu Qaragüvəndikli kənd sakinləri X13, X11, X6, X3, X2 və Ərizəçi imzaları ilə və Qaragüvəndikli kənd bələdiyyəsinin möhürü ilə təsdiqlənmiş xx xxxxxx 2020-ci il tarixli aktda göstərilmişdir ki, Qaragüvəndikli kənd sakini Ərizəçi 1980-cı ildən 1996-cı ilədək Qaragüvəndikli kolxozunda kolxozçu kimi fəaliyyət göstərmişdir. AZE 16824537 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şahid X4 xx.xx.1949-cu ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, hal-hazırda isə İmişli rayonunun Qaragüvəndikli kəndində qeydiyyatda olmaqla yaşayır. AZE ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, şahid X4 1964-1993cü illərdə İmişli rayonunun Qaragüvəndikli kolxozunda işləmişdir. AZE 02272334 seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, şahid X15 xx.xx.1949-cu ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, hal hazırda da həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İmişli rayon Məhkəməsinin 2(036)-1165/2012 saylı qətnaməsinin surətindən görünür ki, şahid X9 1970-ci ilin iyul ayından 1996-cı ilin sonuna qədər İmişli rayonunun Qaragüvəndikli (keçmiş Kirov) adına kolxozda işləməsi faktı müəyyən edilmişdir. AZE 07590430 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1956cı ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuş, hal hazırda da həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İT- İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, şahid X8 xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilə qədər İmişli rayonunun Qaragüvəndikli kolxozunda işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinin tələbinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi 1980-1996-ci illərdə İmişli rayonu Qaragüvəndikli kolxozunda işləmiş, ərizəçi pensiya stajının nəzərə alınması üçün lazım olan bütün sənədləri toplamış, lakin kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığından həmin illəri iş stajı kimi nəzərə almaq mümkün olmamışdır. Ərizəçi 1994-1996-ci illərdə İmişli rayonu Kirov (Qaragüvəndikli) adına kolxozunda işləməsi İmişli rayon Dövlət Arxivində saxlanılan kolxozun son hesablaşma kitablarında da qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi 1980-1993-cü illərdə İmişli rayonunun Kirov (Qaragüvəndikli) adına kolxozunda işləməsi faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1980-1993-cü illərdə İmişli rayonunun Kirov (Qaragüvəndikli) adına kolxozunda işləməsi faktı müəyyən olunsun və həmin illər onun sosial sığorta stajına daxil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə X10 apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2945/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2945/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver