Məhkəmə qərarları › İş №2(036)-31/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-31/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-31/2022 22.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X2 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması tələbi barədə” ilkin iddiasına və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan İmişli şəhəri, H.Aslanov küçəsi ev 43 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən mağazanın sökülmüş hissəsinin cavabdehin öz hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İmişli şəhəri, H.Aslanov küçəsi ev 43 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi 1953-cü ildən onun ailəsinin istifadəsindədir, həmin torpaq sahəsi və fərdi yaşayış evinin onun xüsusi mülkiyyətinə verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ona müvafiq çıxarış verilmişdir. O, həyətində olan köhnə yardımçı tikilini söküb yenisini tikmək istəyir, lakin Cavabdeh buna mane olaraq həmin yardımçı tikilinin ona məxsus olmasını iddia edir. O, cavabdehə dəfələrlə onun mülkiyyət hüquqlarını pozmamasını və öz mülkiyyətindən istədiyi kimi istifadə etməsinə mane olmamasını bildirsə də, cavabdeh onun tələbinə məhəl qoymur və öz qanunsuz hərəkətlərinə davam edərək mülkiyyətindən istədiyi kimi istifadə etməsinə mane olur. Ona görə də məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İmişli RİC-nin 19 aprel 1989-c il tarixli, 58/3 saylı Sərəncamı ilə İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən, yəni indidki mübahisəli torpaq sahəsində yerləşən 23 nömrəli ərzaq köşkünə satıcı təyin edilmiş, İmişli RİC-nin 06 may 1991-ci il tarixli 52 nömrəli Sərəncamı ilə həmin ərzaq köçkü ləğv edilərək yerində tikilmiş gündəlik tələbat malları mağazasına birləşdirilmiş və o, həmin mağazaya böyük satıcı vəzifəsinə təyin edilmişdir. Hazırda isə cavabdeh İddiaçı həmin mağazanın ona məxsus olmasını bildirirək mağazanı söküb ondan almaq istəyir. Halbuki o, həmin torpaq sahəsini İmişli Bələdiyyəsinə köhnə manatla 476000 manat pul ödəyərək alqı-satqı yolu ilə almışdır. Ona görə də hesab edir ki, ilkin iddia üzrə iddiaçının tələbi əsassızdır və həmin mağazanı cavabdeh öz hesabına bərpa edərək ona təhvil verməlidir. Məhəhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verib ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia ərizəsinə uyğun izahat verib qarşlıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi ev 43 ünvanında yerləşən 0.08 ha torpaq sahəsində ümumi sahəsi 93.2 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 204.4 kv.m olan 1 mərtəbəli təsərrüfat evi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 08 dekabr 2020-ci il tarixli, 10/2148 nömrəli rəyinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan İmişli şəhəri, H.Aslanov küçəsi 43 ünvanında yerləşən 0.08 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə faktı vardır və qeyd olunan torpaq sahəsinin 27 kv.m (6.60m X 4.10m) hissəsində istifadə etməsinə maneə yaradır. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin torpaq sahəsinə və ya onun bir hissəsinə dair heç bir hüquqmüəyyənedici və digər texniki sənədləri mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. 157.4 maddəsinə uyğun olaraq, əgər mülkiyyətə qəsd və başqa manelər varsa, mülkiyyətçi mülkiyyətə qəsd edəndən bu hərəkətə son qoymasını tələb edə bilər, bu hərəkətlərə son qoymadığı halda tələbi məhkəmə vasitəsi ilə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.02.2003cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Cavabdeh iddia tələbinə etirazının əsası qismində mübahisələndirilən torpaq sahəsinə İddiaçı daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki istər daxili, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə gözlənti qanuni əsasa malik olmalıdır. Belə qanuniliyin başlıca şərti isə onun hüquqi əsasa bağlı olmasıdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinə öz qərarlarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üsrə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh mülkiyyət hüququ əsasında İddiaçı məxsus 0.08 ha torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifadə etməsinə yaratdığı manelərə son qoyulmalı, qarşlıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan İmişli rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(036)-2954/2019 saylı qərardadından görünür ki, müvəqqəti təminat tədbiri olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisə predmeti olan İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən torpaq sahəsindəki mağazanın sökülməsi qadağan edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbi təmin olunmadığından iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə görə məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh mülkiyyət hüququ əsasında İddiaçı məxsus 0.08 ha torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifadə etməsinə yaratdığı manelərə son qoyulsun. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşlıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. İş üzrə İmişli rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(036)-2954/2019 saylı qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə Cavabdeh tutulub X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar