Məhkəmə qərarları › İş №2(036)-312/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-312/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-312/2022 12.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi atalıq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmə ərizə ilə məhkəməyə müraciət edərək 30 dekabr 1997-ci il tarixdə İmişli rayonunda anadan olmuş, 02 may 2021-ci il tarixdə vəfat etmiş X3 övladı X2 atası olması faktının müəyyən edilməsi və doğum qeydinin ata qrafasında X2 qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2018-ci ildə İmişli rayonu Oruclu kənd sakini, 30 dekabr 1997-ci il təvəllüdlü X5 ilə nikaha daxil olmuşdur. Bu nikahdan 29 yanvar 2019-cu il tarixdə Sədiyar adlı bir uşaqları doğulmuşdur. Uşaq doğulandan sonra doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında uşağın atası onun deməyinə əsasən X4 yazılmışdır. X5 02 may 2021-ci il tarixdə vəfat etmişdir. Ona görə də 29 yanvar 2019-cu il tarixdə doğulmuş X2 atasının X5 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx xxxxxx 1999-cu il tarixdə İmişli rayonunun Oruclu kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X5 ilə Ərizəçi birgə faktiki nikahlarından 29 yanvar 2019-cu il tarixdə X4 adlı bir nəfər uşaqları doğulmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 may 2021-ci il tarixdə İmişli rayonunda vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsində göstərilir ki, uşağın anası ilə nigaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, Ərizəçi ilə X5 2018-ci ildə faktiki nigah münasibətlərinə girib təsərrüfatı birgə idarə etməklə ər-arvad kimi yaşamışlar. Nikahlarını isə rəsmiləşdirməmişlər. Onların birgə faktiki nigahdan 29 yanvar 2019-cu il tarixdə X4 adlı bir nəfər uşaqları doğulmuşdur. Uşaq doğulandan sonra doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında uşağın atası onun deməyinə əsasən X4 yazılmışdır. X1 02 may 2021-c il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinin tələbinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 29 yanvar 2019-cu il tarixdə doğulmuş X2 atası X5 olması faktı müəyyən edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci Azərbaycan Respublikası MPM-nin 216-220, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 yanvar 2019-cu il tarixdə X6 oğlunun atası X5 olması faktı müəyyən edilsin. İmişli rayon Qeydiyyat şöbəsinə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında aşağıdakı məzmunda qeyd aparılsın: Uşağın adı «Sədiyar», soyadı «Muradzadə», atasının adı «Roman», anasının adı «Alidə» valideyinləri atası X5, anası Ərizəçi, milliyyəti «Azərbaycanlı», doğulduğu tarix «29 yanvar 2019-cu il», doğulduğu yer «Azərbaycan Respublikası İmişli şəhəri». Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar