Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3343/2022 15.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum X2 qardaşı oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, Xəmmədova (Hüseynova) Bəyim Sədi qızı onun bibisidir. Bibisi Xəmmədova (Hüseynova) Bəyim Sədi qızı xx.xx.2000-ci ildə vəfat etmişdir. X1 başqa yaxın qohumu olmadığına görə o, bibisinin yeganə vərəsəsidir. Mərhum bibsindən ona torpaq sahəsi miras qalmışdır. X9 Xidmət Mərkəzinin Notariat ofisində notariusa mərhum bibisinin mirası ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş lakin orada ondan qohumluq faktının müəyyən edilməsi tələb edilmişdir. Faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün zəruridir. Odur ki, ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs X9 Xidmət Mərkəzinin Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-193A KOD 90709038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,25 ha torpaq sahəsi X4 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 05/69-279 saylı arayışdan görünür ki, Ərizəçi xx xxx 1961-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 05/69-95 saylı arayışdan görünür ki, X4 26 noyabr 2003-cü ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. İş materiallarında olan AZ-041211 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 10 iyun 2000-ci ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X7 20 iyun 2015-ci ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, 10 iyun 2000-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 ilə X2 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Ərizəçi mərhum X2 qardaşı oğludur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin MPM-nin 307.2.1-ci maddəsinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum X2 qardaşı oğlu olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X2 qardaşı oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-3343/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3343/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver