Məhkəmə qərarları › İş №2(036)-3674/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-3674/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-3674/2025 23.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Abdullazadə Brilyant Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı "uşağın doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi maraqlı şəxs İmişli "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı "uşağın doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 anadan olması faktının müəyyən edilməsi, doğum sənədi verilərkən doğum yeri İmişli rayonu Məzrəli kəndi yazılması, doğum akt qeydində atasının Ərizəçi, anasının X5 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 21 mart 2021-ci il tarixdə X5 ilə faktiki nikah münasibətinə girərək ər-arvad kimi yaşamışdır. Onların faktiki nikahından 16 yanvar 2022ci il tarixdə ev şəraitində X7 adlı uşaqları anadan olmuşdur. Hazırda uşaq bağçaya getməlidir, lakin onun doğum haqqında sənədləri olmadığı üçün gedə bilmir. O, uşağa doğum haqqında şəhadətnamə almaq üçün İmişli Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsindən uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bildirmişdir ki, uşağı X1 16 yanvar 2022-ci il tarixində anadan olmasını, onunla birgə yaşamasını şahidlər təsdiq edə bilərlər. Ona görə də, X1 16 yanvar 2022-ci il tarixdə anadan olması faktı müəyyən edilməli, doğum sənədində atası Ərizəçi, anası X5 və doğum yeri İmişli rayonu, Məzrəli kəndi yazılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs X15 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə dair məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ə hazırda pensiyaya çıxmışdır. Münasibəti olduğu Gülnarə xanımgilə qonaq getmişdir. Bu zaman qonşudan səs-küy gəlmiş, Gülnarə xanım da qonşuda gələn səs-küyün nə olduğunu bilmək üçün ora getmişdir. Bir az keçdikdən sonra Gülnarə xanım ona qonşuluqda uşaq doğulduğunu, bunun üçün gəlib kömək etməsini xahiş etmişdir və o da həkim olduğu üçün uşağın göbəyini kəsməkdə kömək etmişdir. Uşağın doğum vaxtını dəqiq xatırlamır. Amma əmindir ki, qış ayları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X8 ilə eyniməzmunlu izahat vermiş, X1 xx.xx.2022-ci il tarixdə doğulduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İmişli Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası“nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə anadan olmuşdur AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. AZ-İİ 588653 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında nikah 15 yanvar 2024-cü il tarixdə bağlanmış və həmin nikah 18 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X4 “Qənbərova” soyadı verilmişdir. “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, İmişli rayon Məzrəli kəndində qeydiyyatda olan xx.xx.2004-cü il təvəllüdlü X5 həqiqətən xx.xx.2021-ci il tarixində “İmişli RMX” PHŞ-in Qadın məsləhətxanasında “18 həftəlik hamiləlik” diaqnozu ilə qeydiyyat alınmışdır. Ərizəçi, Şahid1, Şahid2, Şahid3 və X2 iştirakı ilə İmişli rayon RİHB-nın İmişli rayon Məzrəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə X7 adında övladı dünyaya gəlmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4.3 Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır Əsaslandırıcı hissə: Ərizəçi övladı X1 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Məzrəli kəndinə anadan olduğunu, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X7 xx.xx.2022-ci il tarixdə Məzrəli kəndində ev şəraitində oğlan uşağı dünyaya gətirmiş, lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi uşağına doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ərizəçi də məhkəməyə müraciət edərək, qızı , X1 xx.xx.2022-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə övladını uşaq bağçasına yerləşdirməsi, gələcəkdə təhsil alması və s. hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi ərizəçi uşağı üçün doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, şahidlər X3 və Şahid2 ifadələri mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə xüsusilə vurğulayır ki, Ərizəçinın bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin uşağının doğumunun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi övladı X1 xx.xx.2022-ci il tarixdə İmişli rayonu, Məzrəli kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, ata qrafasında Ərizəçi, milliyəti azərbaycanlı, ana qrafasında isə X5, milliyəti azərbaycanlı göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi övladı X1 xx.xx.2022-ci il tarixdə İmişli rayon Məzrəli kəndində doğulması faktı müəyyən edilsin. X1 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.2022-ci il, doğum yeri qrafasında – İmişli rayon Məzrəli kəndi, ölkə qrafasında- Azərbaycan, ata qrafasında- Ərizəçi, milliyyəti - azərbaycanlı, ana qrafasında - X5, milliyəti - azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi uşağı – X1 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçinın özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar