Məhkəmə qərarları › İş №2(036)-370/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-370/2021

12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-370/2021 12.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxxxx 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuşdur. Ailəlidir və pensiya yaşına çatmışdır. Ailəsi ilə birlikdə İmişli rayonu, Sarxanlı kəndində yaşayır. O, 1970-1971 və 1973-cü illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu və 1981- 1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Eyni zamanda bildirir ki, o vaxtlar 15 yaşı tamam olmuş SSR-yə daxil olan dövlətlərin vətəndaşları kolxozlarda əməyə cəlb edilməklə, mövsümi xarakterli işlərdə işləyirdilər. Onun həmin kolxozlarda müəyyən illərdə işləməsi faktı İmişli Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq sənəd əsasında öz təsdiqi tapır. Lakin onun 1970- 1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi öz əksini tapmamışdır. O, 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına və 1981-1985ci illərdə “M.B.Qasımov” adına kolxozlarda işlədiyi həmin illərin iş stajına daxil edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin İmişli Rayon Filialına müraciət etmişdir. Həmin Filial tərəfindən ona həmin illər üzrə İmişli rayonu, “Jdanov” və “M.B.Qasımov” adına kolxozların sənədlərinin arxivə təhvil verilmədiyi və arxivdə saxlanılmadığı bildirilmişdir. Məhz bu səbəbdən, o, hüquqi əhəmiyyəti olan faktın, daha doğrusu, 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu, eləcə də, 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi faktının müəyyən edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəf Filialı ərizə tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Ərizəçi əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, onun 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu, eləcə də, 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməyi ona məxsus əmək kitabçasında öz əksini tapmamış və eləcə də, həmin illər üzrə İmişli rayonu “Jdanov” və “M.B.Qasımov” adına kolxozların sənədlərinin İmişli Rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Bu səbəbdən də, Ərizəçi əmək stajı faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bununla yanaşı, Ərizəçi İmişli rayonu“Jdanov” və “M.B.Qasımov” adına kolxozlarda kolxozçu işlədiyi müddət ərzində minimum adam günü normaları üzrə günlük öhdəliyi yerinə yetirməmişdir. Bütün bunları nəzərə alaraq, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin İmişli Rayon Filialı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin İmişli Rayon Filialının nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Seriya AZE 0******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuş və İmişli rayonu, Sarxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Filialı tərəfindən Ərizəçi ünvanlanmış **********5 saylı, 03 noyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, İmişli Rayon Dövlət Arxiv İdarəsinin məlumatına əsasən 1970-1971 və 1973-cü illər üzrə İmişli rayonu “Jdanov” adına kolxozun və 1981-1985-ci illər üzrə İmişli rayonu “M.B.Qasımov” adına kolxozun sənədləri arxivə təhvil verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun tanışıdır, yeni keçmiş iş yoldaşıdır. O, ali təhsillidir və ixtisasca iqtisadçıdır. 1967-ci il tarixdən 1979-cu il tarixədək və 1982-ci il tarixdə İmişli rayonu “Jdanov” adına kolxozda kassir, mühasib və mühasib köməkçisi vəzifələrində işləmişdir. Həmin kolxozun əsas fəaliyyəti heyvandarlıq, taxılçılıq və pambıqçılıq sahələri olub. Ərizəçi da onunla birlikdə, daha doğrusu, 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin İmişli rayonu “Jdanov” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir. Məhz bu səbəbdən də, Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda,bildirir ki, Ərizəçi İmişli rayonu “Jdanov” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Daha sonra, 1991-ci il tarixdə İmişli rayonu “Jdanov” adına kolxoz ayrılaraq, “Buludlu” kolxozu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun tanışıdır, yeni keçmiş iş yoldaşıdır. O, 1979-cu il tarixdən 1989-cu il tarixədək İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Həmin kolxozun əsas fəaliyyəti sahəsi heyvandarlıq, taxılçılıq və pambıqçılıq olub. Ərizəçi da onunla birlikdə, daha doğrusu, 1981-ci il tarixdən 1985-ci il tarixədək İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda işləməyi faktı İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin İmişli rayonu “M.B.Qasımov” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir. Məhz bu səbəbdən də, Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda,bildirir ki, Ərizəçi İmişli rayonu “M.B.Qasımov” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 1970-1971 və 1973-cü illər üzrə İmişli rayonu “Jdanov” adına kolxozun sənədləri və 1981-1985-ci illər üzrə İmişli rayonu “M.B.Qasımov” adına kolxozun sənədləri (əmək haqqı üzrə son hesablaşma kitabları) arxivə təhvil verilməmiş və bu səbəbdən də, hal-hazırda arxivdə saxlanılmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin İmişli Rayon Filialı tərəfindən məhz bu illərin Ərizəçi iş stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda, Ərizəçi 1970-1971 və 1973-cü illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu, eləcə də, 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə irəli sürülmüş ərizə tələbi ilə bağlı hesab edir ki, Ərizəçi 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, o, ərizəsində istinad etdiyi halları əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişlər. Bundan başqa, Ərizəçi 1970-1971 və 1973-cü illərdə İmişli rayonu, “Jdanov” adına kolxozda kolxozçu, eləcə də, 1981-1985-ci illərdə “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul olunmalı və mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, Ərizəçi 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985-ci illərdə illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı və Ərizəçi məhz bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlər baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Ərizəçi illərdə 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı sübuta yetirilir və bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1970-1971 və 1973-cü illərdə İmişli rayonu “Jdanov” adına kolxozda kolxozçu və 1981-1985-ci illərdə İmişli rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar