Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-392/2022 26.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 01 iyul 1937-ci ildə İmişli rayonunun Cavadxanlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 iyul 1937-ci ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olmuşdur. X1 anası isə X4r. Onun doğum haqqında şəhadətnaməsi olmamışdır. Qeydiyyat şöbəsi ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Evi ilə bağlı məsələsinin həlli ilə bağlı ona doğum haqqında şəhadətnamə alınması zəruridir. Özünün doğum haqqında şəhadətnaməsi olmadığından ev işində onun təsdiq edilməsində problem yaranır. Hazırda özünü doğumu haqqında şəhadətnaməsini başqa cür əldə edə bilmir. Ona görə də bu faktın təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Ərizəçi xx.xx.1937-ci ildə İmişli rayonunun Cavadxanlı kəndində doğulmuşdur, lakin onun doğumu qeydə alınmamışdır. İmişli rayon Qeydiyyat Şöbəsinin 10.12.2021-ci il tarixli rəyindən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydləri aşkar olunmadığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi mərhum X1 1941-1945-ci illər X7 1943-cü ilin yanvar ayında itkin düşmüşdür. İmişli rayon Qeydiyyat Şöbəsinin 20.10.2021-ci il tarixli, 05/69/462 saylı arayışından görünür ki, X5 13 oktyabr 1999-cu il tarixdə ölmüşdür. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 01 iyul 1937-ci il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində doğulması faktı qeydə alınalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 01 iyul 1937-ci il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində doğulması faktı qeydə alınsın və doğum akt qeydinin ata qrafasında X3, ana qrafasında X5 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-392/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-392/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver