Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-397/2024 01.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Genel Mirzə qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək vəfat etmiş əri X2 və qaynatası X1 miras qalmış İmişli rayonu, Otuziki kəndindəki torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə belə hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: İş materialları ilə müəyyən olunur ki, ərizəçi tərəfindən verilmiş ərizə iddia icraatı qaydasında verilməli olduğu halda xüsusi icraat qaydasında verilərək Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmun tələbləri pozulmuşdur. İş materialları ilə müəyyən olur ki, ərizə üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, ödənilmiş dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs İmişli regional Maraqlı şəxsndə notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizə üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(036)-397/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-397/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver