Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-409/2024 13.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı Hüseynalı qızı, X1nun və cavabdeh İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Hüseynalı qızının cavabdeh İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Hüseynalı qızı cavabdeh İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbi barədə iddia qaldıraraq İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı əmrin ləğv edilərək İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbdə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma ya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseynalı qızı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1996-cı ildə İmişli Orta ixtisas Kollecinin ibtidai təhsil ixtisası üzrə tam kursunu və 2002-ci ildə X11 Texnikumunun ibtidai təhsil ixtisası üzrə tam kursunu bitirmiş, 1996-2006-cı illərdə İmişli şəhər Ə.Səmədov adına 6 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində, 2015-2017-ci illərdə isə operator və kitabxanaçı vəzifələrində işləmişdir.xx.xx.2017-ci ildə İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbində kargüzar köməkçisi vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixədək fasiləsiz olaraq həmin vəzifədə işləmişdir. İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı əmrlə tutduğu vəzifədən azad edilmiş və işdən azad edilməsi onun heç bir üzürlü səbəb olmadanxx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə işə çıxmayaraq əmək vəzifələrini yerinə yetirilməsi ilə əlaqələndirilmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə işə çıxmaması ona başqa vəzifənin ( xadimə ) həvalə olması və tapşırılan təmizlik işlərini yerinə yetirməkdən imtina etməsi ilə əlaqədar olmuşdur. Halbuki, onun əmək funksiyalarını müəyyən edən yazılı əmək müqaviləsi bağlanmamış, təmizlik işlərinin yerinə yetirilməsi əmək funksiyalarına daxil olmamış, işlədiyi müddətdə heç vaxt ondan həmin işləri görməsi tələb olunmamışdır. Ona görə də, İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı əmrin ləğv edilərək İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbdə əvvəlki vəzifəsinə ( kargüzar köməkçisi) bərpa edilməsi və məcburi işburaxma ya görə əmək haqqının ödənilməsi barədə iddia qaldırılmışdır. X1 İddiaçı Hüseynalı qızının izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı Hüseynalı qızı xx.xx.2017-ci ildə İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbdə xadimə vəzifəsinə qəbul edilmiş və işlədiyi müddətdə heç vaxt əmək vəzifələrini yerinə yetirməmişdir. Onun əmək vəzifələrinin məktəbin digər xadimələri tərəfindən yerinə yetirilməsi narazılığa səbəb olduğundan məktəbin xx.xx.2023-cü il tarixli əmri ilə xadimələr arasında ərazi bölgüsü aparılaraq İddiaçı Hüseynalı qızının təmizlik işlərini yerinə yetirməli olduğu sahə (17 və 18 nömrəli sinif otaqları, o cümlədən növbəlik üzrə sanitar qovşaq) ayrılmışdır. İddiaçı Hüseynalı qızı ayrılmış sahədə təmizlik işləri görməyərək başqa xadimələrlə tez-tez münaqişə etdiyinə görə töhmət almış və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə üzürlü səbəb olmadan işə çıxmamışdır. Ona görə də, İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı əmrlə o, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İT-İ ******* nömrəli Əmək kitabçasının surətinə əsasən Quliyeva X6 şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2017-ci il tarixli 80 saylı əmrlə məktəbə kiçik texniki işçi ( xadimə) vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixli 114 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı əmrin surətinə əsasən İddiaçı Hüseynalı qızı əmək funksiyalarını yerinə yetirməyərək əmək vəzifəsini kobud şəkildə pozduğu üçün AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Elektron informasiya mənbəyinin “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” barədə məlumatına əsasən İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbin xadiməsi İddiaçı Hüseynalı qızı ilə İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi arasında bağlanmış xx.xx.2017-ci il tarixli xxxxxxx000306 nömrəli müddətsiz əmək müqaviləsi bildirişi xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Elektron informasiya mənbəyinin “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” barədə məlumatına əsasən İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbin xadiməsi İddiaçı Hüseynalı qızı ilə İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi arasında bağlanmış xx.xx.2022-ci il tarixli xxxxxxx000400 nömrəli müddətsiz əmək müqaviləsi bildirişi xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Elektron informasiya mənbəyinin “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” barədə məlumatına əsasən İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbin xadiməsi İddiaçı Hüseynalı qızı ilə İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi arasında bağlanmış xx.xx.2022-ci il tarixli xxxxxxx000401 nömrəli müddətsiz əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktda göstərilmişdir ki,İddiaçı Hüseynalı qızı işə gəlməsinə baxmayaraq ona ayrımış ərazini təmizləməmişdir. Sinif otaqları natəmiz olduğundan dərslərin keçirilməsi mümkün olmamışdır. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 99 saylı əmrin surətinə əsasən İddiaçı Hüseynalı qızı əmək funksiyalarını yerinə yetirmədiyinə və dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığına görə ona AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin bəndinə əsasən töhmət verilmişdir. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş 03.10..2023-cü il tarixli 101 saylı əmrin surətinə əsasən İddiaçı Hüseynalı qızı intizam qaydalarını kobudcasına pozduğuna və əmək funksiyalarını yerinə yetirməkdən imtina etdiyinə görə ona AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin bəndinə əsasənsonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Akta əsasən İddiaçı Hüseynalı qızı xx.xx.2023-xx.xx.2023-cü il tarixdə işə çıxmamış və işə gəlmədiyi 20 gündə tabelə qol çəkməmişdir. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 107 saylı əmrin surətinə əsasən məktəbin 1 ştat vahidi xadimə vəzifəsində işləyən İddiaçı Hüseynalı qızı xx.xx.2023-cü il tarixdən naməlum səbəbdən işə gəlmədiyinə görə ona ödənilən əmək haqqı tutulmuşdur. İşdə olan İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbin X9 Rəyində göstərilmişdir ki, məktəbin 1 ştat vahidi xadimə vəzifəsində işləyən İddiaçı Hüseynalı qızı xx.xx.2023-cü il tarixdə töhmət və xx.xx.2023-cü il tarixdə şiddətli töhmət verilməsinə baxmayaraq ona ayrılmış ərazini təmizləməyərək əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Odur ki, təşkilat onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razıdır. AR Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,.... prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbdə kiçik texniki işçi ( xadimə) vəzifəsində işləyən İddiaçı Hüseynalı qızı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzürlü səbəb göstərmədən işə çıxmayaraq əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Ona görə də, onunla bağlanmış əmək müqaviləsinə AR ƏMnın 70-ci maddəsinin «ç» bəndində əsasən xitam verilməsi haqqında İmişli şəhər Ş.Məmmədov adına 3 nömrəli tam orta məktəbi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 114 saylı əmr qanunsuz olmamışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357və360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-409/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-409/2024
13.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver