Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-413/2024 18.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və uşaqla ünsiyyət tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi və cavabdehin yanında saxlanılan uşaqları X3 və X5 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-a kimi ünsiyyətdə olmaq hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxarkən tərəflərə məhkəmə icraatının barışıq sazişi ilə tamamlanmasını təklif etmiş və tərəflər məhkəmənin təklifini qəbul edərək öz aralarında müəyyən etdikləri şərtlər çərçivəsində barışıq sazişi imzalamışlar. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər aşağıdakıları öhdəsinə götürmüşdür.
1. İddiaçı – Cavabdeh qarşı uşaqla ünsiyyət və aliment tələbinə dair iddiadan, həmçinin gələcəkdə cavabdehə qarşı əmlak, qızıl-zinət əşyaları və digər maddi xarakterli iddia verməkdən imtina edir.
2. İddiaçı – himayəsində olan Yusif adlı azyaşlı uşağının atası Cavabdeh ilə ünsiyyətinə şərait yaratmağı öhdəsinə götürür.
3. Cavabdeh – məhkəməmənin qətnaməsi ilə birgə nikahdan doğulmuç Aytac və Fuad adlı uşaqların 18 yaşına çatanadək saxlanılmaları üçün İddiaçı aliment alınıb verilməsindən imtina edir.
4. Cavabdeh – məhkəmə qətnaməsi ilə himayəsində saxlanılmış Aytac və Fuad adlı uşaqların anası İddiaçı ilə sərbəst ünsiyyət saxlaması üçün şərait yaratmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prososessual Məcəlləsi Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və İddiaçı Cavabdeh qarşı aliment və uşaqla ünsiyyət tələbinə dair mülki iş iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prososessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlər üzrə barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı – Cavabdeh qarşı uşaqla ünsiyyət və aliment tələbinə dair iddiadan, həmçinin gələcəkdə cavabdehə qarşı əmlak, qızıl-zinət əşyaları və digər maddi xarakterli iddia verməkdən imtina edir.
2. İddiaçı – himayəsində olan Yusif adlı azyaşlı uşağının atası Cavabdeh ilə ünsiyyətinə şərait yaratmağı öhdəsinə götürür.
3. Cavabdeh – məhkəməmənin qətnaməsi ilə birgə nikahdan doğulmuç Aytac və Fuad adlı uşaqların 18 yaşına çatanadək saxlanılmaları üçün İddiaçı aliment alınıb verilməsindən imtina edir.
4. Cavabdeh – məhkəmə qətnaməsi ilə himayəsində saxlanılmış Aytac və Fuad adlı uşaqların anası İddiaçı ilə sərbəst ünsiyyət saxlaması üçün şərait yaratmağı öhdəsinə götürür. İddiaçı Cavabdeh qarşı aliment və uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Telman Quliyev