Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-451/2022 23.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 aprel 1985-ci il təvəllüdlü X3 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, 21 aprel 1985-ci il təvəllüdlü oğlu Natiq Şərəfxanov ağır debillik dərəcəsində İ qrup əlildir. Ona özü qulluq edir. O, hərəkətlərini idarə edə bilmir, evdə, küçədə özünü normal aparmır. Onu daim nəzarətdə saxlamaq məcburiyyətindədir. Oğlunun xəstəliyi ilə əlaqədar tibbi sənədləri də vardır. Xəstə oğlunun hüqularını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq, və s. üçün onun üzərində qəyyum təyin edilməlidir. Bunun üçün də X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 21 aprel 1985-ci il tarixdə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 07590253 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 21 aprel 1985-ci il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan X-JQ 437345 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 aprel 1985-ci il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan “İmişli rayon Mərkəzi Xəstəxanası” X10 Poliklinika şöbəsi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, 1562 saylı arayışdan görünür ki, 21 aprel 1985-ci il təvəllüdlü, İmişli rayon Muradxanlı kənd sakini X5 “İmişli rayon Mərkəzi Xəstəxanası” X10 Poliklinika şöbəsində “Ruhi və əsəb xəstəlikləri ilə əlaqədar dispanser qeydiyyatındadır.O, oliqofreniya ağır debillik dərəcəsində İ qrup əlildir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 22 iyun 2022-ci il tarixli 1638 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik qeyd olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Ona görə də, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21 aprel 1985-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 305 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 aprel 1985-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-451/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-451/2022
23.08.2022 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver