Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-47/2022 05.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, iddiaçıl Şahverdiyev Mustafa Tərlan oğlunun və cavabdeh Cavabdeh Nazim oğlunun iştirakı ilə, iddiaçılar, İddiaçı1 və Şahverdiyev Mustafa Tərlan oğlunun cavabdeh Cavabdeh Nazim oğluna qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar, İddiaçı1 və Şahverdiyev Mustafa Tərlan oğlu cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq onlara məxsus olan JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsindən Cavabdeh Nazim oğluna çıxarılması və mülkiyyət hüququnu pozan qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şahverdiyev Mustafa Tərlan oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Mürsəlli kəndində yaşayır və faktiki istifadəsində olan cəmi 1,04 ha həyətyanı torpaq sahəsini islahat zamanı əldə etmişdir. Həmin torpaq sahəsindən 0,58 ha mülkiyyətə verilmiş, qalan hissə isə zəbt olduğundan pay torpağını ilə əvəzləşdirilmişdir. Vaxtilə spirtli içkilərin aludəçisi olduğundan ağlısızlıq edərək 0,50 ha həyətyanı torpaq sahəsini qeyri rəsmi surətdə 2013-cü ildə Cavabdeh 1000,0 manata satmış və sonradan peşman olub torpaq sahəsini geri almaq istəsə də, göstərdiyi səylər nəticəsiz qalmışdır. Ona görə də, JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsindən Cavabdeh Nazim oğluna çıxarılması və mülkiyyət hüququnu pozan qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia qaldırmışdır. Cavabdeh Cavabdeh Nazim oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Mürsəlli kəndində yaşayır. Mürsəlli bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə oma fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyəyə məxsus kənddaxili boş torpaq sahəsindən 0,6 ha torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqısatqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Mürsəlli bələdiyyəsinin və AR DT və XK İmişli rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ona təhkim olunmuş və ötən müddət ərzində sahibliyində olmuşdur. İddiaçı1 və Şahverdiyev Mustafa Tərlan oğlunun mülkiyyətində olan JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Şahverdiyev Mustafa Tərlan oğlu mülkiyyətində olan 0,58 ha torpaq sahəsinə bitişik 0,46 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və cəmi 0,50 ha torpaq sahəsini 2013-cü ildə ona 1000,0 manata satmışdır. İddiaçı1 və Şahverdiyev Mustafa Tərlan oğlu özlərinə məxsus olan torpaq sahəsinin yerini düzgün təyin edə bilmədiyi üçün ona qarşı iddia qaldırmışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Mürsəlli bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 04 saylı iclas prokolundan Çıxarışın surətinə əsasən Mürsəlli kənd sakini Cavabdeh Nazim oğluna fərdi yaşayış evinin tikintisi üçün bələdiyyəyə məxsus olan kənddaxili boş torpaq sahəsindən alqı-satqı yolu ilə 0,6 ha həyətyanı torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan «Torpaqların alqı-satqısına dair» Aktın surətinə əsasən müəyyən edilir ki, Mürsəlli bələdiyyəsinin 26 aprel 2006-cı il tarixli 04 saylı qərarına əsasən bələdiyyə ərazisindən 0,6 ha torpaq sahəsi Mürsəlli bələdiyyəsi tərəfindən Cavabdeh Nazim oğluna satılmış və Cavabdeh Nazim oğlu bələdiyyəsinin hesabına 650,0 manat ödəmişdir. İşdə olan AR DT və XK İmişli rayon şöbəsi və Mürsəlli bələdiyyəsi tərəfindən təsdiq edilmiş planda Cavabdeh Nazim oğluna satılmış 0,6 ha torpaq sahəsi kəndaltı xəritə üzərində tapılmayaraq əlahiddə stiuasiyada texniki göstəricilərinə ( Miqyas: 1:200) əsasən əks edilmişdir. İşdə olan JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsi İmişli rayon AİK-nin 15 may 1998-ci il il tarixli 06 saylı qərarı ilə Şahverdiyeva (Şirəliyeva) Lalə Tərmin qızı, Şahverdiyev Mustafa, X1 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 10/660 saylı ekspert rəyində göstərilmişdir ki, JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsinin hüdudlarının koordinatları ilə Şahverdiyeva (Şirəliyeva) Lalə Tərmin qızı və İddiaçı2 istifadəsində olan torpaq sahəsinin koordinatları arasında fərlər olduğundan həmin torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamış, ona görə də həmin torpaq sahəsi ilə Cavabdeh Nazim oğlunun istifadəsində olan torpaq sahəsinin üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 12.04.2022-ci il tarixli UNİ/A 11-451/22 saylı ekspert rəyində göstərilmişdir ki, Şahverdiyeva (Şirəliyeva) Lalə Tərmin qızı və İddiaçı2 ifaktiki stifadəsində olan torpaq sahəsi ilə JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsi uyğun gəlmir və aralarında hava yolu ilə 256, 31 metr məsafə vardır. Bu səbəbdən Cavabdeh Nazim oğlunun istifadəsində olan 0,6 ha torpaq sahəsi ilə JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsi kəsişmir. АR МPМ-нин 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh Nazim oğlunun faktiki istifadəsində olan 0,6 ha torpaq sahəsi İmişli rayonu Mürsəlli bələdiyyəsinin mülkiyyətində olmuş və pulu bələdiyyənin hesabına ödənilərıək alqı-satqı yolu ilə əldə edilmişdir. Həmin torpaq sahəsi JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmir. AR Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir;Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. AR Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Nazim oğlunun faktiki istifadəsində olan İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,6 ha torpaq sahəsi iddiaçılar, Şahverdiyeva (Şirəliyeva) Lalə Tərmin qızı, İddiaçı2 və başqalarının ümumi mülkiyyətində olan JN 130 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilən İmişli rayonu Mürsəlli kəndində yerləşən 0,58 ha həyətyanı torpaq sahəsinin ərazi sərhədləri daxilində yerləşmədiyindən birgə mülkiyyətin iştirakçıları mübahisəli torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsini tələb etməkdə haqlı deyil. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T Dİ : İddia tələbi təmin edilməsin. İddiaçılar, İddiaçı1 və Şahverdiyev Mustafa Tərlan oğlundan müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50,0 ( əlli) manat tutulub Dövlət büdcəsinə və 500,0 (beş yüz) manat tutulub "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 ( bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hакim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-47/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-47/2022
05.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver