Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-470/2024 14.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1 maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, anası X2 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda doğulması faktının qeyd edilməsi, doğum qeydi aktında atası X4, anası X5 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin iştirakı olmadan işə baxılması qeyri-mümkündür və bu səbəbdən də, ərizə baxılmamış saxlanmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, ərizə üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında “Azərbaycan Respublikası Mərkəzi Bankı –hökümət ödəniş portalı” vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də, həmin dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlansın və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizə üzrə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi əsasında “Azərbaycan Respublikası Mərkəzi Bankı –hökümət ödəniş portalı” vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu Dövlət büdcəsindən ərizəçi X6 qaytarılsın Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №2(036)-470/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-470/2024
14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver