Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-493/2022 16.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh İmişli şəhəri, 2 saylı tam orta məktəbin direktoru Cavabdeh qarşı “əvvəlki dərs saatının bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli İmişli şəhəri, 2 saylı tam orta məktəbin direktoru Cavabdeh üzərinə onun həmin məktəbdə riyaziyyat fənni üzrə 25 saatlıq dərs yükünü bərpa etməsi vəzifəsinin qoyulması və vurduğu maddi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh İmişli şəhəri, 2 saylı tam orta məktəbin direktoru onun qanunla müəvyən olunmuş hüquqlarını pozmuşdur. Belə ki, o, 2003-cü ildən İmişli şəhər 2 saylı tam orta məktəbində riyaziyyat müəllimi işinə qəbul edilmişdir. 2015-ci ildə Şirvan şəhərində müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında iştirak etmiş, qiymətləndirmənin nəticələrinə əsasən tədris etdiyi riyaziyyat fənnindən məktəbinin həmin fənndən dərs tədris edən müəllimləri arasında ən yüksək göstərici olaraq 38 bal toplamışdır. Lakin, müsbət göstəricilərinə baxmayaraq riyaziyyat fənnindən 9 "c" sinfinə tədris etdiyi 25 saatlıq dərs yükünün 5 saatı cavabdeh tərəfindən heç bir faktik və hüquqi əsası olmadan həmin sinif ləğv edildiyinə görə 2021-ci ilin oktyabr ayından ondan alınaraq 25 saatdan 20 saata qədər azaldılmış, bu isə onun əmək haqqının aşağı düşməsinə səbəb olmuşdur. Qüvvədə olan qaydalara əsasən (AR NK-nin 1996-cı il tarixli qərarı ilə təsdiq olunmuş) məktəblərdə təhsil alan eyni yaşda şagirdlərin sinif formasında təşkili üçün say normaları müəyyən edilib. İmişli şəhər 2 saylı tam orta məktəbində cari tədris ilində 9-cu sinifdə təhsil alan şagirdlərin say həddi 60-a yaxın olduğundan 1-ci sinifə qəbul olunduqları hələ 2012-ci ildən onlar 3 sinif komplektinə-"a", "b" və "c" adlanmaqla bölünüb və təhsil həmin siniflər üzrə həyata keçirilib. 2016-2017-ci tədris ilindən başlayaraq onlar 5-ci sinfə qəbul edildiyi vaxtdan 9 “a" və 9 ”c" sinlınlərinə riyaziyyat dərslərinin keçirilməsi ona həvalə edilmişdir. O isə öz növbəsində cari dərs ilinə qədər həmin fənni göstərilən siniflərə tədris etmişdir. 9 "b" sinifinə isə riyaziyyat dərslərinin keçirilməsi məktəbin başqa riyaziyyat müəllimləri tərəfindən həyata keçirilmişdir. Amma 2021-2022-ci tədris ilində 9 "b" sinifi ləğv edilmiş, sinif şagirdlərinin bir hissəsi 9 "a", bir hissəsi isə 9 "c" siniflərinə verilmiş, onun dərs tədris etdiyi 9 "c" sinifinin adı dəyişdirilərək 9 "b" adlandırılmışdır. Bu əsasla riyaziyyat fənni üzrə dərs yükü müəllimlər arasında yenidən bölüşdürülmüş və bu zaman cavabdeh tərəfindən onun 9 ”c”-də (hazırkı 9 “a”) tərdis etdiyi dərs saatından 5 saat alınaraq başqa müəllimlərə verilmiş, nəticədə dərs saatı 25-dən 20 saata qədər azalmışdır. Cavabdehə və yuxarı təhsil qurumlarına etdiyi mtiraciətlərə cavab olaraq, bunun səbəbi kimi keçmiş 9 "b" sinfində şagirdlərin say həddinin guya normadan az olması ilə əlaqədar həmin sinfin ləğv olunmasını, bunun da dərs yükünün azalması ilə nəticələndiyi izah edilmişdir. Hesab edir ki, ləğv olunmuş 9 "b" sinifi bərpa olunmalı və ya diaqnostik qiymətləndirmə zamanı ən yüksək nəticə göstərməsi nəzərə alınmaqla azalmış dərs saatı əvvəlki həcmdə bərpa edilməli və azalma nəticəsində dəymiş maddi zərər cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbinin direktoru vəzifəsində işləyir. 2021-2022 ci-tədris ilində məktəbdə 26 sinif komplekti fəaliyyət göstərirdi. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında 22 iyul 2022-ci-il tarixli, 212 saylı qərarına uyğun olaraq Təhsil Nazirliyinin 11 avqust 202l-ci il tarixli, F-407 saylı əmri ilə yaranmış komissiya məktəbdə İX sinif 53 şagirdin 3 sinif komplektində deyil 2 sinif komplektində tədrisin davam etdirilməsini məqsədəuyğun hesab edib. Bununla bağlı İmişli rayon Təhsil şöbəsinin 19 oktyabr 202l-ci il tarixli, 266 nömrəli məktubuna əsasən məktəbdə 26 sinif komplekti 25-ə enmiş və beləliklə İX siniflərin sayı 3 dən 2-yə düşmüşdür. Ləğvetməyə qədər İddiaçı 25 saat riyaziyyat dərsi olmuşdur. Lakin İX c sinifi ləğv edildiyinə görə onun dərs saatı 20 saata düşmüşdür. Hal-hazırda məktəbdə 80 saat riyaziyyat dərs yükü vardır. Lğvetmədən sonra İddiaçı kimi bəzi müəllimlərin də dərs saatı aşağı düşmüşdür. İddiaçı dərs saatının aşağı endirilməsi qərəzli şəkildə deyil, təlimata uyğun olaraq yaranmış zərurətlə əlaqədar endirilmişdir. Ona görə də hesab edir ki, iddia tam şəkildə əsassızdır. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Аzərbaycan Respublikası Konistitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın 2 və 3-cü bəndlərinə əsasən Dövlət ümumi təhsil müəssisəsində ibtidai (İ-İV siniflər), ümumi orta (V-İX siniflər) və tam orta (X-Xİ siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil (bu Normaların 4-cü hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) edilir. İşdə olan İmişli rayon Təhsil şöbəsinin 19 oktyabr 2021-ci il tarixli, 266 nömrəli məktubundan görünür ki, Dövlət ümumi təhsil müəssisələrində əlavə sinif komplektlərinin təşkili ilə bağlı məsələlər barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 avqust 2021-ci il tarixli, F-407 saylı əmri ilə yaranmış komissiya İmişli şəhər N.Gəncəvi adına 2 saylı tam orta məktəbində 9-cu sinif 53 şagirdin 3 sinif komplektində deyil, 2 sinif komplektində tədrisin davam etdirilməsini məqsədəmüvafiq hesab etdiyindən həmin məktəbin 9-cu siniflərinin 2 sinif komplektində birləşdirilməsinin təmin edilməsi, UTİS proqramında düzəliş edilməsi vı tarifləşmə siyahısının işlənməsi məktəbin direktoru Cavabdeh tapşırılmışdır. İşdə olan İmişli rayon Təhsil şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş, İmişli şəhər 2 saylı tam orta məktəbin 2021/2022-ci tədris ili üçün pedaqoji işçilərin tarifləşmə siyahısının surətindən görünür ki, həmin məktəbin riyaziyyat müəllimi İddiaçı 9-cu sinif üzrə həftəlik dərs saatı 9c sinifinin ləğvindən sonra, yəni 2021-ci ilin oktyabr ayında 25-dən 20 saata endirilmişdir. Həmin siyahının surətindən görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı ilə yanaşı bir neçə müəllimin həftəlik dərs saatı azaldılmışdır. İddiaçı iddia tələbinin əsası kimi göstərmişdir ki, onun dərs saatı azaldılarkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” nəzərə alınmamışdır. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli, 236/1 nömrəli əmrilə təsdiq edilmiş Qaydalar Azərbaycan Respublikası Təhsil Nazirinin 04 oktyabr 2019-cu il tarixli, F-595 saylı əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. İşdən göründüyü kimi, İmişli şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı dərs saatının qərəzli şəkildə azaldılması iş materialları ilə müəyyən edilmir, əksinə İddiaçı özünün izahatı və toplanmış sübutların məcmusu ilə müəyyən edilir ki, onun həftəlik dərs saatının azaldılmasına məktəbin 9-cu sinif komplektinin azaldılması səbəb olmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-493/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-493/2022
16.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver